Icma.az
close
up
RU
Özbəkistanın dövlət xəbər agentliyi Bakıda keçiriləcək COP29dan yazdı Yeni Çağ Media

Özbəkistanın dövlət xəbər agentliyi Bakıda keçiriləcək COP29dan yazdı Yeni Çağ Media

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycanın atəşkəs çağırışı bütün dünyada getdikcə daha çox dəstək alır. Bu barədə Özbəkistanın Uza.uz Dövlət İnformasiya Agentliyi və Özbəkistan Həmkarlar İttifaqının orqanı İshonch.uz xəbər portalının qlobal tədbirlə bağlı materialında deyilir.

Özbəkistanın dövlət informasiya agentlikləri BMT-nin Azərbaycanda keçiriləcək mötəbər tədbirinə son hazırlıq işlərinə diqqət çəkir və konfransda “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin (NCQG) qəbul ediləcəyinə ümid edir.

Qeyd olunur ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi gücləndirəcək, ölkələrin davamlı inkişafına dəstək verəcək və yaşıl iqtisadiyyata keçidi sürətləndirəcək mühüm platformadır.

Materialda Azərbaycanın “İslahatçı gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının COP29-un bütün bəşəriyyət üçün əhəmiyyətini vurğulayan sözləri sitat gətirilir: “Ümumən, Azərbaycanın ekoloji problemlərin həllinə verdiyi töhfə etiraf edilir və rəsmi Bakının ekoloji sahədəki təşəbbüsləri qlobal səviyyədə getdikcə daha çox dəstəklənir”.

İctimai Birliyin rəhbəri iqlim dəyişikliyi ilə mübarizə naminə bütün ölkələrin birlik və həmrəyliyinin təmin edilməsinin zəruriliyi ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyinə diqqət çəkib. O, Azərbaycanın bəşəriyyətin problemlərinin həllinə çağırışının əhatə dairəsinin təkcə ekoloji sahə ilə məhdudlaşmadığını, dünyanın üzləşdiyi bütün çağırışlara aid olduğunu diqqətə çatdırıb. “Təsadüfi deyil ki, dünyanın 197 ölkəsindən nümayəndələr Bakıda keçiriləcək tədbirə gələcəklər”, -deyə F.Şahbazlı bildirib.

O, həmçinin COP29-u “sülh prosesinin nəticəsi” adlandıran Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırladıb, eyni zamanda, Bakının iqlim müzakirələri günlərində barışıq çağırışını dəstəkləyən Qoşulmama Hərəkatına üzv ölkələrin mövqeyinə diqqət çəkib.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Noyabr 2024 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see198

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see193

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see157

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see149

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see124

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri