Icma.az
close
up
RU
Qazaxıstanın bu agentliyi COP29dan yazdı

Qazaxıstanın bu agentliyi COP29dan yazdı

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində xarici ölkələrin mətbuatı bu mühüm hadisəyə diqqəti artırmaqdadır.
Ölkələr iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səyləri müzakirə etməyə hazırlaşarkən, qarşıdan gələn konfrans bütün dünyanın diqqətini cəlb edir.
Bizim.Media xəbər verir ki, COP-un nə olduğu, hansı mühüm təşəbbüslərin irəli sürüləcəyi və Bakı iqlim konfransının yekunlarına görə hansı qərarların qəbul edilməsinin gözlənildiyi barədə məlumat “Kazinform” beynəlxalq informasiya agentliyinin materialında təqdim olunur.
 

Agentlik qeyd edir ki, COP fəaliyyətlərinin məqsədi qlobal istiləşməni nəzarət altında saxlamaq və temperaturu 1,5 dərəcə Selsi həddində saxlamaq üçün əhəmiyyətli, çevik və davamlı emissiyaların azaldılması üzrə tədbirlər görmək təşəbbüsündə bütün tərəfləri bir araya gətirməkdir.
 

“COP29-un Bakıda keçirilməsi barədə qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. COP29-a ev sahibliyi etmək üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliyini irəli sürüb. Şərqi Avropa Qrupu ölkələrinin rəyi əsasında Azərbaycanın təşkilatda sədrliyi yekdilliklə qəbul edilib”, -deyə materialda xatırladılır.

Məqalədə bildirilir ki, Azərbaycan COP29 çərçivəsində 14 təşəbbüs irəli sürüb, o cümlədən bərpaolunan enerji mənbələrinə keçidi daha da sürətləndirmək üçün yeni texnologiyalar, innovasiyalar və çağırışlar təklif edəcək, həmçinin bu istiqamətdə mexanizm və alətləri işə salacaq.
“COP29 emissiyaların azaldılması, yaşıl və nüvə enerjisinə keçid, habelə regional ekoloji problemlərin həlli üçün hərtərəfli təkliflərlə iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə həlledici məqam olacaq. İddialı məqsədlər və təşəbbüslər müzakirə edilsə də, bu təkliflərin uğuru siyasi iradədən, maliyyə öhdəliklərindən və beynəlxalq əməkdaşlıqdan asılıdır.
 

COP29-da dünya liderləri iqlim dəyişikliyi ilə bağlı ümumi problemlə üzləşdiyi üçün müxtəlif regionların unikal ehtiyaclarını və zəifliklərini nəzərə alaraq iqlimlə bağlı fəaliyyətin əhatəli olmasını təmin etməlidirlər”, -deyə materialda vurğulanıb.


Məqalədə qeyd edilib ki, Qazaxıstan kimi ölkələr üçün iqtisadi sabitliyin qorunması ilə enerji keçidi konsepsiyasını qəbul etmək arasında balans kritik olacaq.
Agentlik yazıb: “Qazaxıstan karbohidrogenlərin dərindən emalına sərmayə qoymaq və bərpaolunan enerji potensialını genişləndirməklə, eyni zamanda, özünün ekoloji problemlərini həll etməklə yanaşı, aşağıkarbonlu enerji mənbələrinə qlobal keçiddə əsas rol oynaya bilər”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see332

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see281

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see238

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see229

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see226

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see224

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see223

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see219

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see212

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see209

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see206

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see202

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see193

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see189

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see188

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see169

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see165

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see164

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri