Icma.az
close
up
RU
Özbəkistanın hərbi qulluqçuları Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində olublar

Özbəkistanın hərbi qulluqçuları Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində olublar

Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alan bir qrup zabit heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşəbbüsü ilə keçirilən tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mərkəzdəki büstü ziyarət olunub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Zabitlərə Özbəkistanda doğulan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurov haqqında yazılmış kitab bağışlanıb.

Tədbir çərçivəsində qonaqlar mərkəzdə yerləşən Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyi ilə tanış olublar.

Mərkəzlə tanışlıqdan sonra qonaqlar Azərbaycanla Özbəkistan arasındakı mədəni, iqtisadi əlaqələrdən və 44 günlük Vətən müharibəsindən bəhs edən qısametrajlı filmə baxıblar.

Sonra milli rəqslərimizdən ibarət konsert proqramı təqdim olunub.

seeBaxış sayı:36
embedMənbə:https://yeniazerbaycan.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri