Özbəkistanın hərbi qulluqçuları Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alan bir qrup zabit heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşəbbüsü ilə keçirilən tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mərkəzdəki büstü ziyarət olunub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.
Zabitlərə Özbəkistanda doğulan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurov haqqında yazılmış kitab bağışlanıb.
Tədbir çərçivəsində qonaqlar mərkəzdə yerləşən Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyi ilə tanış olublar.
Mərkəzlə tanışlıqdan sonra qonaqlar Azərbaycanla Özbəkistan arasındakı mədəni, iqtisadi əlaqələrdən və 44 günlük Vətən müharibəsindən bəhs edən qısametrajlı filmə baxıblar.
Sonra milli rəqslərimizdən ibarət konsert proqramı təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 02 Dekabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















