Icma.az
close
up
RU
“Özbəkistanın Hindistanla əməkdaşlığı genişləndirmək istəyi bununla bağlıdır”

“Özbəkistanın Hindistanla əməkdaşlığı genişləndirmək istəyi bununla bağlıdır”

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

“Böyük dövlətlərin Mərkəzi Asiyaya marağı artıb. Əgər əvvəllər Mərkəzi Asiya qonşuluğundakı Çin və Rusiya ilə əməkdaşlığa əhəmiyyət verirdisə, hazırda bölgə ölkələrinin seçim imkanı genişlənib. Mərkəzi Asiya ölkələri müxtəlif ölkələrlə, o cümlədən ABŞ, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya ilə 5+1 formatında əməkdaşlıq edirlər. Bu formatda növbəti sammitin sentyabr ayında Cənubi Koreyanın paytaxtı Seulda keçirilməsi planlaşdırılır. Mərkəzi Asiyanın Azərbaycan və Türkiyə ilə birgə inteqrasiya proseslərinə fəal qatılması da reallıqdır. Bununla yanaşı Mərkəzi Asiya ölkələri Avrasiya bölgəsinin digər ölkələri ilə əməkdaşlığı da gücləndirməyə qərar veriblər. Belə ölkələrdən biri Hindistandır”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, Özbəkistanın Hindistanla tərəfdaşlığı gücləndirməyə qərar verdiyini bildirib:

“Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov avqustun 3-də Hindistana səfəri zamanı bu ölkənin Prezidenti Draupadi Murmu ilə görüşüb. Görüşdə Özbəkistan və Hindistan arasında ticarət, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq daha da inkişaf etdiriləcəyi vurğulanıb. Razılaşmaya əsasən, iki ölkə yalnız iqtisadiyyat və ticarət sahəsindəki işbirliyi ilə kifayətlənməyəcək, həm də siyasi əlaqələri canlandıracaq. İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə də münasibətlərin gücləndirilməsi nəzərdə tutulub. Hindistan Prezidenti iki ölkə arasındakı humanitar əlaqələrin inkişafına dair iki misal çəkib. Birincisi, indiyənə qədər Özbəkistandan olan üç mindən çox rəsmi şəxs və mütəxəssis Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq təlim proqramlarından və təqaüd təşəbbüslərindən faydalanıb. İkincisi, hazırda Özbəkistanda 16 mindən çox hindli tələbə təhsil alır. Özbəkistanın xarici işlər naziri hindli həmkarı Subrahmanyam Jaishankarla da strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Nazirlər hərtərəfli əlaqələrin inkişafı zərurətini vurğulayaraq qarşılıqlı yatırımların artırılması, o cümlədən nəqliyyat layihələri barədə də fikir mübadiləsi aparıblar”.

Politoloqun sözlərinə görə, Özbəkistanın xarici işlər nazirinin Hindistana səfərinin əsas məqsədi bu ölkə ilə ticarət, investisiya, enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməkdir:

“Hindistanın Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistanla hərtərəfli əməkdaşlığa ehtiyacı var. Bu Hindistanın Mərkəzi Asiyada möhkəmlənməsi üçün əhəmiyyətlidir. Öz növbəsində Özbəkistan Rusiya və Çinlə yanaşı Hindistanla da əməkdaşlığın genişləndirilməsini lazım bilir. Hindistanın Baş naziri Narendra Modi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2025-ci ilin sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində görüşərək, əməkdaşlığı daha üst səviyyəyə qaldırmağı razılaşdırmışdılar. Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır. Ötən il iki ölkə ticarət mübadiləsi 30 faiz artaraq 1 milyard 300 milyon dollara çatıb. Tərəflər ticarət mübadiləsini 2 milyard dollara çatdırmağı hədəfləyiblər. Hindistan Özbəkistana əczaçılıq məhsulları, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş ət ixrac edir, Özbəkistandan isə meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Son illərdə sürətlə inkişaf edən Özbəkistan Hindistanla ticarəti artırmağı planlaşdırır. Təsadüdi deyil ki, Özbəkistanın Hindistana səfəri zamanı Yeni Dehlidə biznes forum da keçirilib. Biznes forumda hər iki ölkədən iştirak edən yüzlərlə biznesmenə müxtəlif layihələrdə iştirak təklif edilib. İndinin özündə Özbəkistanda Hindistan kapitalına bağlı 400 şirkət fəaliyyət göstərir. Bu şirkətlərin maliyyə dövriyyəsi 5 milyard dollar civarındadır”.

E.Şahinoğlu deyib ki, Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin ölkəsinin inkişaf modeli iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın təşviqinə, investisiya mühitinin yaxşılaşdırılmasına, logistika imkanlarının artırılmasına və rəqəmsallaşmanın genişləndirilməsinə əsaslanıb:

“Bu siyasətin nəticəsində Özbəkistan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilib. Özbəkistan gəlirlərini artırmaqla Mərkəzi Asiyada iqtisadi çəkisini artırıb. Şövkət Mirziyoyev praqmatik siyasət həyata keçirir. Özbəkistan müxtəlif dövlətlərlə iqtisadi əməkdaşlığın inkişafı yollarını araşdırır, təkliflər irəli sürür və həmin təklifləri reallaşdırmağa çalışır. Özbəkistanın Hindistanla əməkdaşlığı genişləndirmək istəyi bununla bağlıdır”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Avqust 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri