Icma.az
close
up
RU
Azərbaycan və Özbəkistanın əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır ŞƏRH EDİLDİ

Azərbaycan və Özbəkistanın əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Bugünkü yeni siyasi-iqtisadi konfiqurasiyada dövlətlərin təkbaşına hərəkət etməsi artıq əvvəlki qədər mümkün deyil. Müasir dövrdə ölkələr arasında ittifaqlara, müttəfiqlik münasibətlərinə və yaxın iqtisadi-siyasi əlaqələrə ciddi ehtiyac yaranıb. Bu baxımdan Azərbaycan və Özbəkistanın əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri SİA-ya politoloq Samir Hümbətov deyib.

O bildirib ki, özbəkistan Mərkəzi Asiyanın ən böyük dövlətlərindən biridir:

“Təxminən 35 milyon əhalisi, ciddi iqtisadi potensialı və sürətlə inkişaf edən iqtisadiyyatı var. Son dövrlərdə Cənubi Koreya, Yaponiya və Çin kimi ölkələrin Özbəkistana böyük həcmdə investisiya yatırması da bu ölkənin iqtisadi imkanlarının artdığını göstərir. Xüsusilə Şövkət Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra, 2017-ci ildən etibarən Özbəkistanda iqtisadi islahatların və xarici tərəfdaşlarla əlaqələrin intensivləşdiyini müşahidə edirik.

Özbəkistan bununla kifayətlənmir. Ölkə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə münasibətlərin inkişafına da xüsusi diqqət yetirir. Bu siyasət Özbəkistanın həm regional, həm də qlobal iqtisadi sistemə daha sıx inteqrasiyasında mühüm rol oynayır.

Azərbaycanın mövqeyi də bu baxımdan kifayət qədər diqqətçəkəndir. Azərbaycanın Cənubi Qafqazda artan siyasi və iqtisadi gücü, İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə, regionda nəqliyyat və kommunikasiya imkanlarının genişlənməsi ölkənin geosiyasi əhəmiyyətini daha da artırıb. Eyni zamanda Azərbaycanın Çinlə strateji tərəfdaşlıq münasibətləri, Avropa və digər dünya ölkələri ilə iqtisadi əlaqələri və ölkəyə yatırılan investisiyalar Azərbaycanın regional rolunu gücləndirən amillərdəndir.

Azərbaycan və Özbəkistanın imkanlarını bir araya gətirdikdə isə daha böyük iqtisadi və geosiyasi potensial ortaya çıxır. Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi, enerji resursları və beynəlxalq nəqliyyat layihələrində iştirakı Özbəkistan üçün də yeni imkanlar yaradır. Öz növbəsində Özbəkistanın böyük əhalisi, istehsal potensialı və Mərkəzi Asiyanın əsas iqtisadi mərkəzlərindən biri olması Azərbaycanın bu regionla əlaqələrinin genişlənməsinə ciddi töhfə verir.

Burada qarşılıqlı investisiyalar da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan şirkətlərinin bir-birinin bazarlarında fəaliyyət göstərməsi, birgə layihələrin həyata keçirilməsi və investisiya imkanlarının genişləndirilməsi iki ölkə arasında iqtisadi əlaqələri daha da möhkəmləndirir.

Digər tərəfdən, hər iki ölkənin beynəlxalq iqtisadi təşəbbüslərdə iştirakı da əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz arasında nəqliyyat, logistika, ticarət və enerji əlaqələrinin inkişaf etdirilməsi Azərbaycan-Özbəkistan münasibətlərinin regional miqyasda əhəmiyyətini artırır.

Hesab edirəm ki, Özbəkistanın Mərkəzi Asiyada, Azərbaycanın isə Cənubi Qafqazda güclü mövqeyə malik olması bu iki ölkənin əməkdaşlığını yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş regional formatda əhəmiyyətli edir. İki ölkənin iqtisadi və siyasi potensialının birləşməsi gələcəkdə beynəlxalq miqyasda da daha ciddi təsir imkanları yarada bilər.

Artıq Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması ilə bağlı razılaşmanın əldə olunması da münasibətlərin iqtisadi istiqamətdə hansı sürətlə inkişaf etdiyini göstərir. Ticarət dövriyyəsinin artıq 750 milyon dolları keçməsi və artım dinamikasının davam etməsi qarşıdakı dövrdə daha böyük nəticələrin əldə olunacağına əsas verir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır. İqtisadiyyat, investisiya, nəqliyyat, enerji, ticarət və digər sahələrdə əməkdaşlığın genişlənməsi xalqlar arasında əlaqələrin də daha da möhkəmlənməsinə imkan yaradır. Bu baxımdan iki ölkənin birgə fəaliyyəti həm Azərbaycan, həm Özbəkistan, həm də bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün yeni iqtisadi imkanlar formalaşdıra bilər”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Avqust 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri