Icma.az
close
up
RU
Özbəkistanın Musiqi Sənəti İnstitutunda Azərbaycan ocağı açılacaq

Özbəkistanın Musiqi Sənəti İnstitutunda Azərbaycan ocağı açılacaq

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun rektoru Eldor Şermanov arasında görüş keçirilib.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsindən danışan rektor qeyd edib ki, İnstitut ənənəvi milli musiqi sənəti növlərinin “makom” (muğam), “baxşi” və “katta aşula” ifaçılığı sahəsində kadrlar hazırlayır. İki ölkə arasında əlaqələrdən danışan Eldor Şermanov bildirib ki, hələ XX əsrin əvvəllərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun” operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları özbək tamaşaçısının qəlbini fəth edib və Özbəkistanın musiqi – səhnə, konsert-ifaçılıq repertuarı və tədris-pedaqoji təcrübəsinin ayrılmaz hissəsinə çevrilən ilk musiqili-dramatik, opera tamaşalarının yaranmasına böyük təsir göstərib.

Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli özbək dinləyicisinə mənəvi cəhətdən yaxın olan Azərbaycan musiqisinin Özbəkistan mədəniyyətində həmişə mühüm yer tutduğunu qeyd edərək, 1997-ci ildən Özbəkistanda keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanın üç dəfə Qran-pri və digər yüksək mükafatlara layiq görülərək öz musiqi sənətini uğurla təqdim etdiyini vurğulayıb. 

O həmçinin qeyd edib ki, Türk dünyası ailəsinin iki üzvü olan Azərbaycan və Özbəkistan arasında tarixən sıx mədəni və ədəbi əlaqələr mövcud olub, dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev mədəni-humanitar sahədə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirirlər. Hər iki xalq bir-birinin mədəniyyətindən və ədəbiyyatından zaman-zaman bəhrələnir ki, bu da ortaq türk musiqisinin daha da zənginləşməsi üçün zəmin yaradır.

Görüşün sonunda Özbəkistanda Azərbaycan musiqi sənətinə xüsusi marağı nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutunda Azərbaycan ocağının açılması barədə razılıq əldə edilib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri