Icma.az
close
up
RU
Musiqi Sənəti İnstitutunun “Fəxri professoru

Musiqi Sənəti İnstitutunun “Fəxri professoru

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəxalq Muğam Mərkəzi birgə əməkdaşlıqla bağlı əlaqələrini günü-gündən artırmaqda davam etdirir. Son bir il ərzində muğam sənətinin geniş inkişaf etdiyi Özbəkistanla əlaqələrin qurulması muğam ifaçılığı və tədrisi eləcə də muğam irsinin araşdırılması istiqamətində təcürəbələrin  bölüşməsi və sənət mübadiləsinə xidmət edir.

Azərbaycan- Özbəkistan mədəni əlaqələrinin köklü tarixi var. Müasir dövrdə bu əlaqələr daha da genişlənərək inkişaf edir. Bu günlərdə BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə “Özbəkistanın mədəniyyət elçisi” fəxri adına layiq görüldü. Bu titulun Əməkdar artistə verilməsi əbəs deyildir. Belə ki, Sahib Paşazadə 10 ildən artıqdır ki, Özbəkistanda təşkil edilən mədəni tədbirlərin fəal iştirakçısıdır. Tanınmış tarzən 2017-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalında 20 illik fasilədən sonra tar ifaçısı kimi Qran-Pri mükafatına layiq görülüb. 2018-ci ildə isə Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumu çərçivəsində Beynəlxalq Muğam Festivalında Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental musiqi qrupu birincilik qazanıb. 2018-ci ilin may ayında Özbəkistandakı Heydər Əliyev Mərkəzinin dəvəti və təşkilatçılığı ilə Daşkənddə Türkistan sarayında Azərbaycan Respublikasının yaranmasının 100 illiyi münasibətilə Özbəkistanın Simfonik Orkestri (dirijor Kamoloddin Urinbayev) ilə solo konsert proqramı ilə çıxış edib.

2022-ci ilin mart ayında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib. 2019-cu ildə Xarəzm vilayətinin Xivə və Ürgənc şəhərlərində keçirilən mədəni tədbirlərdə çox yüksək səviyyədə iştirakına görə Xarəzm valisinin fəxri fərmanı ilə təltif edilib. 2020-ci ildə Azərbaycan və Özbəkistan arasında Xalq Çalğı Alətləri üzrə I Beynəlxalq Festivalda münsif kimi iştirak edib, 2022-ci ildə Özbəkistanın Xivə şəhərində keçirilən “Lazgi” Beynəlxalq Musiqi Festivalında fəxri qonaq kimi iştirak edərək Xarəzm vilayətinin şəhərlərində ustad-dərsləri verib. Tarzən dəfələrlə Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Nəvai, Xivə, Ürgənc və bir çox şəhərlərində keçirilən çoxsaylı mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.
Bütün bu fəaliyyət iki ölkə arasında mədəni əlaqələrin daha da sıx olmasına xidmət etməklə yanaşı Azərbaycan muğam sənətinin Özbəkistanda layiqli şəkildə təbliğidir.

Məhz bu məhsuldar fəaliyyət nəticəsində hazırda Sahib Paşazadənin rəhbərlik etdiyi Beynəlxalq Muğam Mərkəzi Özbəkistanın bir çox ali təhsil müəssisələri və muğam üzrə mərkəzləri ilə birgə əməkdaşlıq haqqında memorandum imzalayıb. Eyni zamanda Özbəkistanın musiqi təhsili müəsssisələrində ustad dərsləri ilə çıxış edən tarzənin yüksək peşəkarlığı nəzərə alınaraq bu ali təhsil müəssisələrinin “Fəxri professoru” adına layiq görülüb. 

Sevindirici haldır ki, bu ilin aprel ayında Özbəkistanın Xivə şəhərində keçirilən IV Beynəlxalq Baxşı Festivalı və UNESCO və ICESCO-nun himayəsi ilə təşkil edilən II Türk Dünyası Mədəniyyət Forumunda fəxri qonaq qismində iştirak edən direktor Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun “Fəxri professoru” adına layiq görülüb. Fəxri professor diplomunu Sahib Paşazadəyə Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib.

Diplom Sahib Paşazadəyə Özbəkistan və Azərbaycan arasında musiqi sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə təqdim edilib.

Sahib Paşazadə fəaliyyətinə göstərilən diqqətə görə institutun rektoru Eldor Şermanova təşəkkürünü bildirib. Xatırladaq ki, bundan əvvəl Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun “Fəxri professoru” adına layiq görülmüşdü.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri