Özbəkistanlı qonaqlar Milli Kitabxananı ziyarət edib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 9 aprel, AZƏRTAC
Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Dövlət Dilində İşin Əsasları üzrə Təlim və Peşəkar İnkişaf Mərkəzinin rəhbərliyi Milli Kitabxananın qonağı olub.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanası ilə Özbəkistan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, kitabxananın fondunda mövcud olan özbək ədəbiyyatı və ona dair Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında yaradılan, mütəmadi olaraq yenilənən daimi ədəbiyyat bölməsi haqqında qonaqlara məlumat verib. Natiq qeyd edib ki, Azərbaycan Milli Kitabxanasında “Özbəkistan ədəbiyyatı bölməsi” 2019-cu ildə yaradılıb, Özbəkistan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsi isə 2024-cü ildə Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təşkil edilib.
Görüş zamanı mərkəzin rəhbəri filologiya elmləri doktoru, professor İnomcon Azimov Azərbaycan və özbək xalqlarının ədəbi-mədəni əlaqələrinin çoxəsrlik zəngin və keşməkeşli tarixi haqqında danışıb, bu əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açıb, həmçinin səmimi qəbula görə kitabxananın rəhbərliyinə dərin təşəkkürünü bildirib. Eyni zamanda, qonaq müəllifi olduğu I Türkoloji Qurultay haqqında kitabını Kərim Tahirova hədiyyə edib.
Daha sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub və Beynəlxalq əməkdaşlıq zalındakı “Özbəkistan ədəbiyyatı bölməsi”nə yeni kitablar hədiyyə ediblər.
Sonda direktor Kərim Tahirov qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və milli suvenirlər hədiyyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 09 Aprel 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















