Icma.az
close
up
RU
525ci qəzet Özbəkistanlı qonaqlar Milli Kitabxananın daimi özbək guşəsində olublar

525ci qəzet Özbəkistanlı qonaqlar Milli Kitabxananın daimi özbək guşəsində olublar

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə ölkəmizə dəvət olunan Özbəkistan nümayəndə heyəti M.F.Axundov adına Milli Kitabxanada daimi özbək guşəsini ziyarət edib. Guşədə sərgilənən özbək dilindəki nəşrlər barədə qonaqlara məlumat verilib. Özbək yazıçıları və millət vəkilləri bu guşənin xalqlarımız arasındakı mədəni və ədəbi bağların rəmzi olduğunu vurğulayıblar. Bu daimi guşənin fəaliyyəti iki xalqın ədəbi irsinin qarşılıqlı tanıdılması və mədəni əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilib.

Özbəkistan Yazıçılar Birliyi (ÖYB) sədrinin müavini Qayrat Məcid "525"ə açıqlamasında son illərdə Azərbaycan ilə Özbəkistan arasında ədəbi və mədəni əlaqələrin daha da dərinləşməsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qardaş Azərbaycanın Prezidenti İlham Əliyevlə qurduğu səmimi dostluq bağlarının həlledici rol oynadığını bildirib.

ÖYB sədrinin müavini Azərbaycan və Özbəkistan Yazıçılar birlikləri arasında son illərdə ədəbi münasibətlərin daha da sıxlaşdığını, hər iki ölkənin yazıçı və şairlərinin əsərlərinin qarşılıqlı tərcüməsi, təbliği istiqamətində layihələrin həyata keçirildiyini vurğulayıb: "Özbəkistan ilə Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin inkişafında şairlər və yazıçılar mühüm rol oynayır. Zəngin özbək ədəbiyyatının nümunələri müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə olunub. Son dövrlərdə bir çox tanınmış Azərbaycan ədibləri özbək həmkarlarının əsərlərini Azərbaycan dilinə ustalıqla çevirərək iki qardaş xalq arasında ədəbi körpü yaratmışlar. Belə tərcümələr həm ədəbiyyatın universal dəyərini, həm də xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsinə zəmin yaradır. Ötən illərdəki səfərlərimizdə biz Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya da getmişik. Həmin səfərin məndə dərin təəssüratları hələ də qalır. Qarabağın və xüsusilə də Şuşanın hər bir guşəsində, daşında türk mədəniyyətinin dərin izlərini görmək mümkündür. Şuşa Azərbaycan xalqının mədəniyyətini, tarixini və irsini özündə yaşadan bir şəhərdir, düşünürəm ki, qarşıdakı illərdə də bu möhtəşəm mədəniyyət paytaxtında müxtəlif ədəbi tədbirlərdə iştirak edəcəyik. Hesab edirəm ki, bu cür ədəbi tədbirlər şair və yazıçılarımız arasında mədəni əlaqələrin daha da genişlənməsi, fikir və təcrübə mübadiləsinin aparılması baxımından mühüm rol oynayır. İnanıram ki, bu görüşlər ədəbiyyatımızın inkişafına qarşılıqlı töhfələr verməkdən əlavə, həm də gələcəkdə ümumtürk birliyimizin güclənməsi üçün gözəl imkanlar açacaq, ədəbiyyatımıza yeni nəfəs gətirəcək, xalqlarımız arasında mədəni körpü rolunu oynayaraq qarşılıqlı dostluq bağlarımızı daha da möhkəmləndirəcək".

Sevinc MÜRVƏTQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri