Icma.az
close
up
RU
Özəl bağçalar üçün qrant proqramı gecikir? RƏSMİ

Özəl bağçalar üçün qrant proqramı gecikir? RƏSMİ

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il təşkil edilən “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində 1300-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. Lakin cari ilin sentyabr ayı olsa da, yeni qrant proqramının elan olunması ilə bağlı hələlik ictimaiyyətə məlumat verilməyib.

Elm və Təhsil Nazirliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı gecikmə mövcud deyil, sadəcə ötən il bağlanmış qrant müqaviləsində nəzərdə tutulmuş maliyyələşdirmə müddəti başa çatıb:

“Ötən il keçirilmiş müsabiqənin əsas məqsədi dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların özəl müəssisələrdəki boş yerlərə yönləndirilməsi və onların təhsil haqqının müəyyən hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi idi. Bu çərçivədə 24 özəl məktəbəqədər təhsil müəssisəsi ilə qrant müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən uşaqların təhsil haqlarının ödənilməsi 2023-cü ilin avqust ayınadək davam etdirilmişdi. 9 ay müddətində maliyyələşdirmədə hər hansı gecikmə olmayıb, sadəcə müqavilə müddəti yekunlaşıb”.

Nazirlikdən həmçinin qeyd edilib ki, proqram çərçivəsində məktəbəqədər təhsilə cəlb olunan uşaqların bir qismi artıq dövlət müəssisələrinə qəbul edilib, digərləri isə məktəb yaşına çatdıqları üçün ümumi təhsil müəssisələrində təhsillərini davam etdirirlər:

“Proqramın səmərəliliyi və yaratdığı müsbət nəticələr nəzərə alınaraq yaxın aylarda yenidən elan olunması planlaşdırılır. Övladını qrant proqramı çərçivəsində özəl məktəbəqədər təhsil müəssisəsinə yönləndirmək istəyən valideynlər proqram elan edildiyi zaman qaydalara uyğun şəkildə müraciət edə biləcəklər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Sentyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri