Icma.az
close
up
RU
Özəl bağçalar üçün qrant proqramı yenidən təşkil ediləcək

Özəl bağçalar üçün qrant proqramı yenidən təşkil ediləcək

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Ötən il həyata keçirilən "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində 1300-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. Bu barədə SİA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proqramın effektivliyi və ictimaiyyət tərəfindən müsbət qarşılanması nəzərə alınaraq yay aylarında bu qrant proqramının yenidən təşkil edilməsi planlaşdırılır. Qeyd edilən qrant proqramında yalnız müvafiq lisenziyaya malik olan, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sisteminə (MTİS) qoşulmuş və uşaq qəbulunu https://www.bq.edu.az/ (Məktəbəqədər Təhsil Müəssisələrinə Elektron Sənəd Qəbulu Sistemi) platforması üzərindən aparan özəl məktəbəqədər təhsil müəssisələri iştirak edə biləcəklər. Bu çərçivədə MTİS-ə hələ qoşulmamış və ya sistemə məlumatlarını tam şəkildə daxil etməmiş özəl məktəbəqədər təhsil müəssisələrinin bunu etmələri zəruridir. MTİS sisteminə qoşulma və sistemə məlumatların tam və düzgün şəkildə daxil edilməsi özəl məktəbəqədər təhsil müəssisələri üçün hüquqi öhdəlikdir.

MTİS sisteminə qoşulma və ya qrant proqramında iştirakla bağlı suallar olduğu təqdirdə özəl məktəbəqədər təhsil müəssisələri əlaqə nömrələrini göstərməklə [email protected] email ünvanına müraciət edə bilərlər.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri tətbiq edilməklə məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə həyata keçirilən mühüm fəaliyyətlərdən biri də özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından istifadə edilməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri