Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bank of Baku" ASC "Azərbaycan Beynəlxalq Bank"ASC-nin (ABB) səhmdarları sırasına daxil olub.
Marja.az xəbər verir ki, ABB-nin nizamnamə kapitalının 0.007%-i "Bank of Baku" ASC-yə məxsusdur.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Həmçinin "Bank of Baku" ASC-nin "Bakı Fond Birjası" QSC-də 4.762 %, "Milikart" MMC-də 0.666% iştirak payı var.
"Bank of Baku" ASC-nin səhmdarları isə "NAB Holding Anonim Şirketi" (35%), İsmayılov Hikmət Əbuzəroğlu (31.11%) və "Azpetrol Neft Şirkəti" MMC-dir (28.89%).
30 İyun 2025-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının (ABB) 29 min 953 şəxs, o cümlədən 29 min 921 şəxs fiziki, 32 hüquqi şəxs səhmdarı olub. ABB-nin 1 milyard 181 milyon 121 min manat nizamnamə kapitalının 92,18%-i Azərbaycan dövlətinə məxsusdur.
Həmçinin oxu Bank istiqraz ilə 40 milyon manat cəlb edir - ŞƏRTLƏR


