Icma.az
close
up
RU
Modriç “Suonsi”nin səhmdarları sırasına qoşuldu

Modriç “Suonsi”nin səhmdarları sırasına qoşuldu

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya futbolunun ulduzlarından biri Luka Modriç gözlənilməz qərar verib.
Xorvat futbolçu “Suonsi”nin minoritar səhmdarları sırasına qoşulub. Maliyyə detalları açıqlanmasa da, Lukanın Uels klubunun həmsahibləri sırasında olduğu bəllidi. Onun tərəfdaşları isə Endi Koulman, Brett Kravatt, Naycel Morris və Ceyson Koendi.
Modriç sövdələşmə gerçəkləşəndən sonra bunları deyib:

“Bu, möhtəşəm imkandı. “Suonsi”nin güclü identikliyi, qeyri-adi fanat bazası və ən yüksək səviyyədə çıxış etmək həvəsi var. Təcrübəmi bölüşə biləcəyimə ümid edirəm. Hədəfim klubun yüksəlişinə dəstək vermək, parlaq gələcəyini qurmaqdı”.


“Suonsi” hazırda çempionşipin ortababları sırasında qərarlaşıb – 42 turdan sonra 24 komanda arasında 12-ci yerdədi. İnsayder Fabritsio Romanonun yazdığına inansaq, bu investisiya Modriçin gələcək karyerası ilə heç bir şəkildə bağlı deyil. 39 yaşlı xorvatiyalı “Real”la bu yay bitəcək müqavilə müddətini uzatmağı arzulayır.
“Marca” bir müddət əvvəl Lukanın məhz “Real”ın futbolçusu kimi DÇ-2026-da oynamaq istədiyini xəbər verib. Ancaq Madrid klubu müqavilə müddətini uzatmağa qərar verməsə, “Suonsi” Luka üçün ehtiyat variantlardan biri ola bilər. Uels klubu hələ ki ona yalnız vacib səhmdarlardan biri kimi baxır. “Suonsi”nin bununla bağlı yaydığı açıqlamada deyilir:

“Lukanın investisiyası klubun ambisiyalarının və yanaşmasının təsdiqidi. O, həlledici rol oynayacaq, kluba dünyanın diqqətini artıracaq, həm meydanda, həm də meydandan kənarda tərəqqiyə yardım edəcək”.


Klubun icraçı direktoru Tom Qorrinq əlavə edir:

“Oyunçularımız – akademiyadan birinci komandaya qədər – üçün bundan yaxşı ruhlanma mənbəyi ola bilməz. Onun ambisiyalarımıza dəstək verməsi, bu yolda bizi ruhlandırması böyük əhəmiyyət daşıyır, ona görə ki, nəticələrimizi yaxşılaşdırmağa çalışırıq. Birgə söhbətlərimizdə o, kluba ehtirasını, işimizə marağını göstərib, səmimi şəkildə bizə mükəməlləşmək baxımından yardım etmək istəyir”.


Xatırladaq ki, “Suonsi” İngiltərə futbolunun elitasında sonuncu dəfə 2017/18 mövsümündə mübarizə aparıb və həmin vaxtdan bəri çempionşipdədi. Uels klubu heç cür elitaya qayıda bilmir. Baxmayaraq ki, son illərdə “sükan arxasında” Qrem Potter, Stiv Kuper və Rassel Martin kimi məşhur mütəxəssislər olub. “Suonsi” bir neçə dəfə pley-offa dayanıb, hətta finalda uduzduğu vaxt da olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri