Icma.az
close
up
RU
Özəl məktəb müəllimləri də sertifikasiyaya cəlb oluna bilər

Özəl məktəb müəllimləri də sertifikasiyaya cəlb oluna bilər

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda bu ay müəllimlərin sertifikasiya imtahanı keçiriləcək. Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il təşkil olunacaq sertifikatlaşdırılma prosesinə kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunacaqlar.

18-25 iyun tarixlərində keçiriləcək imtahanlarda, həmçinin indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri də prosesdə iştirak edəcəklər.

Qeyd edək ki, sertifikasiya prosesi yalnız dövlət məktəblərində dərs keçən müəllimlərə şamil edilir. Özəl məktəblərin tədris prosesində iştirak edən müəllimlər isə bu prosesə cəlb edilmir.

Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı "AzEdu.az"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, özəl müəssisələrin müəllimləri də sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır, çünki müəllimin davamlı inkişafı vacib amildir

“Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. Müəllimlərin bilik və bacarıqlarının sertifikasiya vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmanı ifadə edir", - deputat qeyd edib.

Müəssisələrin qiymətləndirilməsinə gəldikdə isə Mehriban Vəliyeva bildirib ki, müvafik meyarlara görə bütün müəssisələrin qiymətləndirilməsi təhsil keyfiyyətinin ölçülməsi baxımından əhəmiyyətlidir:

"Belə monitorinqlər TKTA tərəfindən aparılır və nəticələrə görə dəstəkverici tədbirlər görülür. Müəllimlərin və  təhsil müəssisələrinin qiymətləndirilməsi üçün meyarların davamlı olaraq təkmilləşdirilməsi diqqətdə saxlanmalı, proses nəticəyönümlü olmalıdır. Düşünürəm ki, bu istiqamətdə də işlər aparılır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri