Icma.az
close
up
RU
DİQQƏT: Özəl bağça müəllimləri də sertifikasiyaya cəlb olunacaq

DİQQƏT: Özəl bağça müəllimləri də sertifikasiyaya cəlb olunacaq

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi 2026-cı ilə qədər məktəbəqədər təhsil sahəsində sertifikasiya prosesinin tətbiqinə başlanılması planlaşdırılır. Bu addım məktəbəqədər təhsildə keyfiyyətə müsbət töhfə verəcək. Üstəlik peşə yararlılığına xidmət etmiş olacaq.
 

MÖVZU İLƏ BAĞLI:
Bağça müəllimlərinin sertifikasiyasına HAZIRLIQ başladı – Nə qədər qeyri-ixtisas sahibi İŞİNİ İTİRƏCƏK?


Son vaxtlar mediada özəl bağçalarda baş verən neqativ hallarla  bağlı məlumatlara rast gəlirik. Gündən-günə sayı artan özəl uşaq bağçalarında çalışanların peşəkarlıq səviyyəsi sual altındadır. Bu baxımdan  bu müəssisələrdə çalışan müəllimlərin də sertfikasiyaya cəlb olunması təklif edilir.
Özəl bağçalar necə, bu prosesə cəlb ediləcəkmi? Ediləcəksə, bağçalarda çalışan müəllimlər sertifikasiyadan necə keçiriləcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elnarə Akimovanın fikrincə, uşaqlarımıza ən peşəkar müəllimlərin təhsil verməsini istəyiriksə, bu proses bütün təhsil ocaqlarına şamil edilməlidir:
“Əgər sertifikasiyadan keçirilmə haqda qanun varsa, bu, hamıya şamil olunmalıdır. Bunun özəl, yaxud dövlət müəssisəsi olmasının heç bir fərqi yoxdur. Burda söhbət  uşaqlara verilən təlim-tərbiyənin mükəmməlliyindən gedir. Bu, birmənalı şəkildə hər qurum üçün təməl vəzifə olmalıdır. Dövlət məktəblərində olan müəllimlərdən sertifikasiya tələb olunursa, özəl məktəblərdəki müəllimlər hansı keyfiyyətinə görə bundan kənar tutulmalıdır? Müəssisənin dövlət və ya özəl olması, sadəcə onun göstəricisidir. Tədrisin, təhsilin keyfiyyətli olması isə hər birinin vəzifəsidir. Bu səbəbdən də bütün müəllimlərin sertifikasıyası mütləq şəkildə aparılmalıdır”.
Özəl tədris müəssisələrinin hansı qurum tərəfindən sertifikasiyaya cəlb edilməsinə gəlincə, deputat bunun vahid bir qurum tərəfindən həyata keçirilməli olduğunu bildirib:
“Məncə, bu məsələlərin hamısını Elm və Təhsil Nazirliyi öz üzərinə götürməlidir.  Bu qururma tabe olan və ya olmayan bütün təhsil müəssisələrindəki sertifikasıya məsələləri bir mərkəzdən həyata keçirilməlidir. Özəl müəssisələr nazirliyin tabeliyində olmasa da, dövlətin vahid qurumu - Təhsil Nazirliyi var. Elm və təhsillə bağlı məsuliyyətin yükünü onlar çəkməlidir. Bu qurumda bununla bağlı bir nəzarət mexanizmi rolunu oynayan  struktur fəaliyyət göstərməlidir. Əgər belə bir nəzarət olmazsa, belə çıxır ki, hər kəs istədiyi kimi davrana, işini istədiyi kimi qura bilər.
Amma burda övladlarımızın təhsilindən, mənəviyyatının formalaşmasından, gələcəyə atdıqları addımdan, ilkin özüldən gedir. Ona görə də bu məsələlərə birmənalı şəkildə nəzarət olmalıdır. Məsuliyyət dərk olunmayanda bu, anarxiyaya gətirib çıxarır.  Düşünürəm ki, Elm və Təhsil Nazirliyi bunu öz işinin bir qolu kimi  prioritetə çevirməlidir”.
Deputat onu da qeyd edib ki, bu məsələlər parlamentin yaz ssessiyasında gündəmə gətiriləcək:
“Biz dünən Elm və Təhsil Komitəsinin iclasını keçirdik. Orada çox məsələlərə toxunduq. Məktəbəqədər təhsillə bağlı bir çox məsələlər də müzakirə edildi. Eləcə də müəllimlərin sertifikasiya məsələsi ilə bağlı bir çox məqamlara  toxunuldu. Qərara alındı ki, bu məsələlərin bir qismi Milli Məclisin yaz sessiyasında öz əksini tapsın”.
Rəna Cumaqızı, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Yanvar 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri