Icma.az
close
up
RU
Özəl müəssisələrdə yanğın hallarının yaşanmaması üçün hansı hazırlıqlar görülməlidir?

Özəl müəssisələrdə yanğın hallarının yaşanmaması üçün hansı hazırlıqlar görülməlidir?

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar dünyada bəzi ölkələr yanğınlarla bağlı mübarizə aparır. Onlardan bəziləri də ehtiyatsızlıq ucbatından baş vermiş yanğınlardır. 
Maraqlıdır, Azərbaycanda özəl müəssisələrdə belə halların yaşanmaması üçün hansı hazırlıqlar görülməlidir?                                                                                                                                 
Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a bildirib ki, bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə ciddi yanaşmalıdır:    
“Qanunvericilikdə yanğın təhlükəsizliyi haqqında qanun var.  Bütün təşkilatlar, idarələr, müəssisələr yanğın təhlükəsizliyinə dair olan təlimatlara mütləq ciddi əməl etməlidir. Yəni, yanğın təhlükəsizliyinə dair olan təchizat, ehtiyac su çəni, ilkin od söndürmə vasitələri, yanğın siqnalizasiya vasitələri, daha sonra təxliyyə yolları,  təhlükəsiz toplanış yerləri, yanğın təhlükəsizliyinə dair rejimin yaradılması vacibdir. Bunların hər biri təmin edilməlidir. İşçilərə mütəmadi olaraq bu barədə təlimatlar keçirməlidir. İşçilərin yanğın təhlükəsizliyinə dair olan bilik və bacarıqları artırılmalıdır. Yanma riski yüksək olan, mal materiallarla yanğın  təhlükəsizliyinə uyğun olaraq rəftar sərgilənməlidir. Yanğın hadisəsi baş verməsin deyə tədbirlər  görülməlidir. Yanğın hadisəsi baş verdikdə hazır tədbir planı olmalıdır. Kim, haradan necə məlumatları alacaq, insanlar necə evakuasiya olunacaq, necə proseslər görüləcək? İnsanlar haradan təxliyə olunacaq?  Bu kimi sualların cavabı anında hazır olmalıdır. Təxliyə yolları daim boş saxlanmalıdır”.
Ekspert qeyd edib ki, təxliyə yollarına hər hansı bir maneə ilə bağlamaq yol verilməzdir:
“Yanğın qrupları tərəfindən, lazımi qaydalar tətbiq olunmalıdır. Bu qruplar işçilərdən ibarət olur. Yaxşı olar ki, işçilərə ildə iki dəfə təcrübədə keçmiş praktika üzərindən təlimlər həyata keçirilsin. Ola bilər təlimlər hansısa animasiya formasında və yaxud da monitorda göstərilən slayd formatında keçirilir. Bir də var ki, işçilər bunu şərti olaraq həyata keçirsinlər. Artıq onda o vaxt biləcəklər ki, hadisə baş verdikdə nə etməlidir. Əlbətə bu, belə olan halda müəyyən tədbirlər görülmüş olur ki, bu da yanğın hadisəsi baş verdiyində onun qarşısının qısa zamanda alınmasına səbəb olur. Ümumiyyətlə, yağınlardan heç kəs sığortalanmayıb. Dünyanın demək olar ki, bütün ölkələrində yağın hadisələri baş verir.  Sadəcə, bu hadisələri ümumiyyətlə önləmək üçün mütləq tədbir planı olmalıdır.  İnsanlar yanğının təhlükəsizliyinə dair olan tələblərə ciddi riayət  etməlidirlər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Yanvar 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri