Icma.az
close
up
RU
Özəl pensiya fondları yaradılır Detallar açıqlandı

Özəl pensiya fondları yaradılır Detallar açıqlandı

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlərdə Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı geniş miqyaslı işlər aparılmaqdadır. Bu addım həm sosial müdafiə sisteminin təkmilləşdirilməsi, həm də ölkənin maliyyə bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. 

Modern.az bu sahədə görülən işlər, gözləntilər və tənzimləmə mexanizmləri barədə əsas məqamları təqdim edir.

Mövcud işlər və qanunvericilik hazırlıqları

Mərkəzi Bankdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Qeyd edilən tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.

Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi altında beynəlxalq təcrübələr araşdırılmış və ilkin qanunvericilik layihələri hazırlanıb. Xüsusilə, Rumıniya, Polşa, Fransa, Xorvatiya və Türkiyə kimi ölkələrin təcrübəsi öyrənilərək, qanun layihələrinin müasir və effektiv mexanizmlərə əsaslanması təmin olunub.

"Hazırda qanun layihələrinin təkmilləşdirilməsi və müzakirəsi məqsədilə dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası birgə fəaliyyət göstərirlər. Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr davam etdirilir və ilkin təkliflər işlənib hazırlanır", - cavabda deyilir.

Həyat sığortası şirkətləri ilə əməkdaşlıq

AMB hesab edir ki, özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər.

"Sığortaçılar tərəfindən özəl pensiya fondlarının tətbiq olunduğu beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən pensiya fondlarının fəaliyyətində sığortaçıların rolu, işlərin təşkili və digər effektiv mexanizmlərlə bağlı təhlillər aparırlar. Ümumiyyətlə Mərkəzi Bank sığorta sektorunun inkişaf etdirilməsi, sektorun maliyyə sabitliyinin təmin edilməsi istiqamətində bir çox işlər icra etməkdədir", - açıqlamada deyilir.

Eyni zamanda, sığorta sektorunun inkişafı üçün Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə əməkdaşlıq çərçivəsində yeni təşəbbüslər həyata keçirilir.

"Bütün qeyd olunan islahat tədbirlərində beynəlxalq təcrübənin dərindən öyrənilməsi prioritetlər daxilindədir. Yaxın zamanlarda kredit götürən şəxslərin həyatının sığortalanması ilə bağlı qaydalara edilən dəyişikliklər də bu inkişaf addımlarının nümunəsidir. Bu istiqamətdə təkmilləşdirmə işləri aparılarkən yenə də beynəlxalq təcrübənin o cümlədən Türkiyə və digər ölkələrin təcrübələrinin yaxından öyrənilməsinin konsepsiyanın formalaşmasında əhəmiyyətli təsirləri olub", -.Mərkəzi Bank bildirib.

Tənzimləmə və idarəetmə mexanizmləri

AMB qeyd edir ki, özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərməsi üçün bir sıra effektiv idarəetmə və tənzimləmə mexanizmləri nəzərdə tutulur.

"Şəffaflıq və maliyyə sabitliyinin təmin etmək üçün fondların fəaliyyətində şəffaflığın təmin edilməsi və maliyyə sabitliyinin qorunması əsas prioritetlərdəndir. İnvestisiyaların qorunması üçün vətəndaşların fondlara yatırdığı vəsaitlərin qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlər görüləcək. Diqər məsələ isə vətəndaşların maarifləndirilməsidir. Fondların fəaliyyətinə marağın artırılması və pensiya yığımlarının əhəmiyyəti barədə məlumatlandırma kampaniyalarının təşkili planlaşdırılır", - AMB bildirir.

Özəl pensiya fondlarının sosial və iqtisadi təsirləri

Özəl pensiya fondlarının qurulması bir sıra mühüm sosial və iqtisadi faydalar vəd edir. Mərkəzi Bankda hesab edirlər ki, uzunmüddətli maliyyə resurslarının artırılması və yeni maliyyə alətlərinin formalaşdırılması ölkənin maliyyə bazarlarının dərinləşməsinə səbəb olacaq.

Yeni maliyyə institutlarının yaranması və xarici investisiyaların cəlb edilməsi ilə ölkənin iqtisadi inkişafı sürətlənəcək, bu isə öz növbəsində investisiya mühitinin yaxşılaşdırılmasına səbəb olacaq.

"Bununla yanaşı, əhalinin maliyyə təminatı güclənəcək, sosial müdafiə sisteminin dayanıqlılığı təmin ediləcək və pensiya yaşına qədər maliyyə sabitliyinə nail olunacaq. Özəl fondlar dövlət büdcəsinə olan təzyiqi azaldaraq daha effektiv sosial müdafiə sisteminin qurulmasına imkan yaradacaq, yəni əhalinin sosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdan əvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahının artırılmasına, sağlamlığına və ya maddi təminatına dair yarana biləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbət təsir göstərəcəkdir", - AMB qeyd edir.

Beləliklə, Azərbaycanda özəl pensiya fondlarının yaradılması həm sosial, həm də iqtisadi baxımdan müsbət nəticələr vəd edir. Bu fondlar uzunmüddətli maliyyə resurslarının artmasına, əhalinin sosial rifahının yaxşılaşdırılmasına və ölkənin maliyyə bazarlarının inkişafına töhfə verəcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see180

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see137

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see124

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see124

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see123

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri