Icma.az
close
up
RU
Özəl pensiya fondları nələri dəyişəcək?

Özəl pensiya fondları nələri dəyişəcək?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.

Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır. 

 Bəs özəl pensiya fondları nələri dəyişəcək?

Bu barədə Moderator.az- a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, Sovetlər Birliyindən sonra MDB ərazisindəki istər pensiya, istərsə də maaş sistemində bu günə qədər  istehlak səbətinin real gündəminə cavab verən bir tam mühit formalaşdırıla bilmir:

“Əksər əhalinin çox hissəsi minimum əmək haqqı səviyyəsinə uyğun pensiya alır. Bu nöqteyi nəzərdən özəl fondların yaradılması çətin olacaq. Özəl pensiya modeli çərçivəsində vətəndaşların pensiya ödənişlərinin bir hissəsi xüsusi olaraq yaradılmış özəl pensiya fondlarına yönləndirilir. Bu fondlar yığım kapitalı prinsipi ilə fəaliyyət göstərir, yəni fondlara yatırılan vəsaitlər müxtəlif investisiya alətləri vasitəsilə dövriyyəyə buraxılır. Bunun nəticəsində yığılan pullar əlavə gəlir əldə edir və pensiya yığımının ümumi məbləği artır. Gəlirlərin bir hissəsi yığımın məsəsələn, 50 faizi gələcəkdə pensiya yaşına çatdıqda vətəndaş özü kapitalı götürərək hansısa bir biznes mühitinin, sahibkarlıq fəaliyyətinin istifadəsində yararlana biləcəkdir. Əhalinin böyük hissəsi, vətəndaş pensiya yaşına  çatmırsa, dünyasını dəyişirsə, pensiyanın  öz ailəsinə çatdırılmasının tərəfdarıdıdır. Bu göstərici ən optimal variantlardandır və eyni zamanda da əhalinin ən çox istədiyi bir göstəricidir”.

İqtisadçı bildirib ki,  özəl pensiya fondlarının yaradılmasına və vətəndaşlara xidmət etməsinə ümid edirik:

“Özəl pensiya fondunun yaradılması günün tələbini əhatə edən bir modeldir və  çoxdan tətbiq olunmalı idi. Özəl fondların yaradılması  risklərini  nəzərə alsaq, kapital itkisinə yol verilməməsi üçün hökumət tərəfindən yığım hissəsinin sığortalanması da baş verərsə, insanların pensiya pensiya fondu sisteminə inamını artıracaq. Bu yığımların səmərəliliyinə şərait yaradacaq. Beləliklə də, iqtisadiyyatın ən vacib olan hissəsi olan pensiya fondu təkmilləşdiriləcək”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri