Icma.az
close
up
RU
Özəl pensiya fondları: Yeni sistem nələri vəd edir? AÇIQLAMA

Özəl pensiya fondları: Yeni sistem nələri vəd edir? AÇIQLAMA

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.

Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

Bəs ölkəmizdə yeni sistem hesab edilən özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu sistemin tətbiq edilməsi labüd addım idi:

"Biz uzun illərdir ki, bu sistemin tətbiqini, yəni özəl pensiya fondlarının yaradılmasını istəyirdik, çünki bu addım pensiya təminatının daha dayanıqlı, şəffaf və səmərəli olmasını təmin edə bilər”.

Onun sözlərinə görə, özəl pensiya fondları həm iqtisadiyyatın inkişafına töhfə verəcək, həm də vətəndaşlara əlavə pensiya yığım imkanı yaradacaq, onların gələcəkdə maliyyə rifahını təmin edə biləcək.

İqtisadçı bildirib ki, eyni zamanda, bu cür fondlar pensiya yığımını diversifikasiya edərək riskləri azaldacaq və vətəndaşlara daha geniş investisiya seçimləri təklif edəcək.

Natiq Cəfərli: Özəl pensiya fondları ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərə bilər

Ekspertin sözlərinə görə, geridə qalan tək xüsus fondların qorunma mexanizmlərini tətbiq etməkdir:

"Dünya praktikasında müşahidə etmək olar ki, bəzən pensiya fondlarının yaradılması uğursuzluqla nəticələnir. Biz bu hallarla Latın Amerikası ölkələrində qarşılaşa bilərik. Həmin ölkələrdə fondların fəaliyyəti zamanı zəif idarəetmə, qeyri-effektiv investisiya siyasəti və fondların düzgün tənzimlənməməsi kimi problemlər ortaya çıxıb”.

Müsahibimiz qeyd edib ki, buna görə də Azərbaycanda belə halların baş verməməsi üçün fondların fəaliyyətini effektiv nəzarət mexanizmləri ilə təmin etmək, yığımların təhlükəsizliyini qorumaq və şəffaf idarəetmə standartları tətbiq etmək olduqca vacibdir.

“Əgər bu aspektlər təmin olunarsa, özəl pensiya fondları həm vətəndaşların, həm də ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərə bilər", - deyə Natiq Cəfərli əlavə edib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Dekabr 2024 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri