Özəl yeni partiya yaratsa, nəticəsi necə olar? Araşdırma
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) daxilindəki son böhran müxalifət seçicilərində ciddi narazılıq yaradıb.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, bu barədə Işık Universitetinin araşdırmasında qeyd olunub.
Bildirilib ki, bununla bağlı keçirilən sorğuda CHP seçicilərinin böyük hissəsi məhkəmə qərarları ilə bağlı prosesləri hakimiyyətin təsiri kimi qiymətləndirib.
Sorğuya görə, əgər Özgür Özel yeni partiya yaratsa, təxminən 33% səs ala bilər. Bildirilir ki, Ankara Bələdiyyəsinin sədri Mansur Yavaş da həmin layihəyə qoşularsa, dəstək 37%-ə qədər arta və yeni partiyanı birinci partiyaya çevirə bilər..
Qeyd olunub ki, eyni ssenaridə Kılıçdaroğlunun rəhbərlik etdiyi mövcud CHP-nin səsi isə 5–6%-ə qədər düşə bilər.
Xatırladaq ki, may ayının 21-də Ankara məhkəməsi Türkiyənin aparıcı müxalifət partiyası ilə bağlı qalmaqallı qərar verib. Belə ki, qərarla Kamal Kılıçdaroğlu CHP-yə qəyyum təyin edilib.
Qeyd edək ki, o, 2023-cü ildə keçirilən qurultayda partiya sədrliyini Özgür Özələ uduzmuşdu.
Bu mövzuda digər xəbərlər:Yeni araşdırma:
01 Avqust 2025 00:16
Alimlərdən yeni araşdırma
21 İyun 2026 12:34
Rubrika: Yeni araşdırma
27 İyul 2026 14:07
Özəl pensiya fondu: vəsait varislərə ötürülə bilər? Araşdırma
13 Dekabr 2024 14:31
Qayınana və qayınatanın rəğbətini necə qazanmaq olar? Araşdırma
05 May 2026 17:55
Baxış sayı:103
Bu xəbər 07 İyun 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















