Icma.az
close
up
RU
Özəl pensiya fondu: vəsait varislərə ötürülə bilər? Araşdırma

Özəl pensiya fondu: vəsait varislərə ötürülə bilər? Araşdırma

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir. Bununla da vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70 faiz civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

Millət vəkili Musa Quliyev Bakupost.az-a bildirib ki, özəl pensiya fondlarının yaradılması vətəndaşa alternativ pensiya xidməti göstərmək üçün yeni bir yoldur:

“Hazırda özəl pensiya fondlarının formalaşması istiqamətində işlər davam edir. Bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olduqdan sonra burada incəlikləri araşdırıb detalları haqqında ətraflı danışmaq olar. Ümumilikdə isə konsepsiyanın yaranması müsbət addımdır. Özəl pensiya fondunun yaranması könüllü sosial sığortanın inkişafına təkan verəcək. Vətəndaşlara alternativ pensiya xidməti göstərilməsi üçün şərait yaradacaq”.


İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, özəl pensiya fondlarının fəaliyyəti üçün bəlli dövriyyəyə nail olmaq vacibdir. Müəyyən bir vəsait olmalıdır ki, bu proseslərin təşkili və mənfəətin əldə edilməsi mümkün olsun: “Ölkədə insanlar depozitlərini daha çox qısa müddətli dövrdə banklara yerləşdirir. Uzunmüddətli maliyyə institutlarına etibar aşağıdır. Özəl pensiya fondlarına da münasibət eyni olacaq. Çünki burada etibar vacibdir".


İqtisadçı bildirib ki, özəl pensiya fondlarına yığılmış vəsaitlər dövlət tərəfindən yüz faiz sığortalanacaqsa, insanlar buna etibar edəcək:

" Çünki bu, uzunmüddətli planlama tələb edir. İnsanlar az qala 50 ilə qədər olan dövrü planlamalıdır. Bu müddət yığım edən hər bir şəxs həmin vaxtdan sonra bunun faydasını görməlidir".

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, özəl pensiya fondu paralel və könüllü şəkildə irəli sürülən mexanizmdir. Yəni burada məcburiyyət deyil, könüllülük prinsipi ön plandadır:


“Hər bir əməkqabiliyyətli vətəndaş pensiya yaşına çatana qədər işləyərək özü üçün pensiya kapitalı toplayır. Təqaüdə çıxdıqda isə buna uyğun olaraq pensiya məbləği müəyyən edilir. Ancaq hazırda bu sistem deyil, klassik qaydalar tətbiq olunur. Əslində isə bu gün özəl fondların yaradılması vacibdir. Belə ki, vətəndaş işi müqabilində aldığı aylıq məvacibdən tutulan sosial sığorta haqqını hər ay DSMF-yə ödəyir. Ancaq sonradan ərizə ilə bu quruma müraciət edir və sosial sığortasının yeni fonda köçürülməsini xahiş edir. Bundan sonra həmin məbləğ buraya ödənilir. Burada onun üçün şəxsi hesab açılır və məbləğ burada toplanılır. Vətəndaş pensiyaya çıxdıqda isə onun üçün ödəniş bazasına çevrilir”.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dövlət sığorta fondundan başqa, qeyri-dövlət pensiya fondlarının yaradılması əhalinin seçim imkanlarını artıracaq:


"Sözügedən fondun yaradılması bu sahədə rəqabət mühiti yaradacaq. Rəqabətli mühit də daha yaxşı şərtlərlə müqavilə təkliflərinin artmasına, bu isə inkişafa səbəb olacaq. Fikrimcə, bu sahədə hər hanası bir problemin yaranmaması üçün dövlətin sərt tənzimləmə mexanizmi olmalıdır. Elə olmalıdır ki, özəl fondlar vətəndaşlarla müqavilədə onların hüquqlarını pozmasınlar və problem yaranmasın. Yəni özəl təqaüd fondlarının müflis olma ehtimalı qalmasın. Burada dövlətin əsas sığorta mexanizmləri işə düşməlidir".

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, özəl pensiya fondları dövlətin sosial yükünü azaldacaq. Bu əsas üstünlüklərdən biridir: “Bu gün ölkədə Sosial Müdafiə Fondu yalnız dövlətin nəzarətindədir və hər hansısa artım dövlət büdcəsindən maliyyələşir, amma özəl pensiya fondu özü də pensiyalara artım edə bilir: “Digər üstünlük odur ki, gələcəkdə pensiya kapitalının varisliyi təmin edilə bilər. Yəni insan müqavilə şərtlərinə uyğun, tutaq ki, pensiya yaşına çatmasa da, həmin kapitalı öz varislərinə ötürmək imkanı əldə edə bilir. Bu, həm də insan hüquqlarını bir formada təmin edir. Yəni insan istədiyi bir pensiya fondunda öz pensiya yığımlarını tətbiq edir. Mənfi cəhət odur ki, bu, uzunmüddətli prosesdir”.



Sevinc,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri