Icma.az
close
up
RU
Özəlləşdirmə çekləri: parlamentə konstitusion müraciət

Özəlləşdirmə çekləri: parlamentə konstitusion müraciət

Icma.az, Ayna saytına istinadən bildirir.

Milli Məclisin məsuliyyəti və qanunvericilik təşəbbüsünün zəruriliyi

Sosial şəbəkədə 42 min ailəni özündə birləşdirən “Özəlləşdirmə Çekləri Qrupu” adından Azərbaycan Milli Məclisinə növbəti açıq müraciət ünvanlanıb. AYNA.AZ müraciətin mətnini təqdim edir:

“Hörmətli xanım Sədr və hörmətli deputatlar!

Biz, Azərbaycan Respublikasının vətəndaşları olaraq, sizə bu müraciəti dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı qanunvericiliyin faktiki olaraq tətbiq edilməməsi, vətəndaşların konstitusion mülkiyyət hüquqlarının həyata keçirilməməsi və bu məsələnin qanunvericilik səviyyəsində həll olunması zərurəti ilə bağlı təqdim edirik. Problemi araşdırmaq xalqın nümayəndələri kimi sizin vəzifə və vicdan borcunuzdur.

Milli Məclisin konstitusion statusu və öhdəliyi

Azərbaycan Respublikası Konstitusiyasına əsasən:

Maddə 81 – Milli Məclis Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirir; Maddə 94 – Milli Məclis mülkiyyət münasibətlərini və insan hüquqlarının təminatı mexanizmlərini qanunvericilik qaydasında tənzimləyir; Maddə 96 – qanunvericilik təşəbbüsü hüququnu müəyyən edir.

Milli Məclisin deputatları Azərbaycan xalqı tərəfindən seçilmiş və xalqın iradəsini təmsil edən ali qanunvericilik hakimiyyəti nümayəndələridir. Bu səbəbdən vətəndaşların konstitusion hüquqlarının həyata keçirilməsinin təmin edilməsi Milli Məclisin birbaşa konstitusion vəzifəsidir.

Hüquqi və faktiki vəziyyət

Yaxşı bilirsiniz ki, hansısa bir fərman qanun maddəsini nə dayandıra, nə də ləğv edə bilər. Bütün deputatlar deyir ki, Qanun Şahdır!

Paradoksal hal yaranıb – bunu bilə-bilə Milli Məclisdə aşağıdakı həqiqətlər barədə susurlar. Xalq inanır ki, siz müzakirələrə başlasanız, oliqarx məmurlar öz çirkin əməllərindən əl çəkəcək və xalqa qarşı düşmənçiliyə son qoyacaqlar.

Ulu Ödər Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununa əsasən, özəlləşdirmə payları vətəndaşların mülkiyyətidir. Bu gün qüvvədə olan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 10-cu maddəsinə əsasən, özəlləşdirmə çekləri ödəmə vasitəsidir və bu norma bu gün də qüvvədədir.

Lakin Konstitusiya və qanunlar pozularaq, Ulu Öndər vəfat edəndən 6 ay sonra, Ramiz Mehdiyevin və onun ətrafındakı oliqarx məmurların xəyanəti və cənab Prezident İlham Əliyevin etibarından sui-istifadəsi sayəsində imzalanmış Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 75 nömrəli fərmanının 1.1 bəndinin tətbiqi nəticəsində:

bu hüquqlar artıq 16 ildir faktiki olaraq həyata keçirilmir, qanunun tətbiqi təmin edilmir, məhkəmələr bu hüquqları effektiv müdafiə etmir.

Bu vəziyyət nəticəsində yüzminlərlə Azərbaycan ailəsinin qanunla verilmiş mülkiyyət hüquqları faktiki olaraq reallaşdırılmamış vəziyyətdə qalıb.

Xalqın nümayəndəliyi və parlamentin məsuliyyəti

Milli Məclis deputatları birbaşa xalq tərəfindən seçildiklərinə görə:

vətəndaşların hüquqlarının qorunması deputatların konstitusion borcudur; qanunların icrasının təmin edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü göstərilməsi deputatların səlahiyyətinə daxildir; konstitusion hüquqların uzun müddət təmin edilməməsi qanunvericilik müdaxiləsini zəruri edir.

Qanunvericilik təşəbbüsünün zəruriliyi

Mövcud vəziyyət göstərir ki:

qanunun icrası təmin edilməyib; Qanundan aşağı qüvvəli normativ aktların tətbiqi nəticəsində konstitusion hüquqlar həyata keçirilməyib; bu məsələnin qanunvericilik səviyyəsində həlli zəruridir.

Xahiş edirik

Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq sizlərdən xahiş edirik:

Özəlləşdirmə payları ilə bağlı vətəndaşların hüquqlarının təmin olunması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış edilməsini təmin edəsiniz; Bu məsələ ilə bağlı Milli Məclisdə müzakirələrin təşkil edilməsinə təşəbbüs göstərəsiniz; Vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması üçün zəruri qanunvericilik mexanizmlərinin hazırlanmasına göstəriş verəsiniz; Qanun və fərman arasında yaranmış bu ziddiyətin həll edilməsi vacibdir və bu məsələnin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsi üçün Milli Məclisin səlahiyyətlərindən istifadə edilməsinə baxılmasını təmin edəsiniz.

Xüsusi qeyd

Bəzi deputatlar və ziyalılar hüquqşünas olmadıqları üçün, qiymətli kağızların dövriyyəsi, tədavül və ödəmə-tədiyyənin fərqli hüquqi anlayışlar olması barədə məlumatsızdırlar. Bu səbəbdən “Facebook”da 42 min ailəni özündə birləşdirən və yüzminlərlə vətəndaşı təmsil edən “Özəlləşdirmə Çekləri Qrupu” adından hüquqşünas alimlərin hazırladığı, mətbuatda yayılmış “Özəlləşdirmə çekləri: hüquqi status, qanuni əsaslandırma və Milli Məclisə müraciət” adlı məqaləni diqqətinizə çatdırırıq – orada bütün mətləblər incəliyinə qədər yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Aprel 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri