Icma.az
close
up
RU
Özgür Özelin yumruqlanması: məqsədli siyasət, yoxsa təxribat? TƏHLİL

Özgür Özelin yumruqlanması: məqsədli siyasət, yoxsa təxribat? TƏHLİL

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Dünən İstanbulda keçirilən vida mərasimindən çıxarkən Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özelin hücuma məruz qalması böyük əks-səda doğurdu. 66 yaşlı bir şəxs siyasətçinin üz nahiyəsinə güclü yumruq zərbəsi endirsə də, xoşbəxtlikdən Özəl hadisədən ciddi xəsarət almadan xilas oldu. Ancaq bu insident Türkiyədə cəbiyyətində hiddətlə qarşılandı. Eyni zamanda cəmiyyətin diqqətini müxalifət liderlərinə qarşı artan təhlükələrə yönəltdi.



Hücumun detalları və ictimaiyyətin reaksiyası

Hadisə mayın 3-də vəfat edən Türkiyə Böyük Millət Məclisi sədrinin müavini və DEM partiyasının millət vəkili Sırrı Süreyya Öndərin Atatürk Mədəniyyət Mərkəzində keçirilən anım mərasimindən sonra baş verib. Belə ki, Selçuk Tengioğlu adlı şəxs tədbirdən çıxan Özgür Özelə qəfil hücum edib və onun üz nayihəsinə şiddətli zərbə endirib. Həmin şəxsin daha əvvəl iki övladını öldürdüyünə görə məhkum olunduğu və 2020-ci ildə şərti azadlığa buraxıldığı məlum olub. Bu fakt siyasi liderlərin təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.

CHP nümayəndələri və digər müxalifət partiyaları bu hücumu qınayaraq, siyasi liderlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, hadisənin siyasi motivli olub-olmaması ilə bağlı suallar da gündəmə gəlib.

Özələ hücum İmamoğlunun həbsi kontekstində

Bu hadisənin İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun mart ayında korrupsiya və terrorla əlaqə ittihamları ilə həbsi fonunda baş verməsi Türkiyə hakimiyyətinə qarşı ittihamları artırıb. Çünki İmamoğlunun həbsi onun CHP-nin 2028-ci il prezident seçkilərində əsas namizədi olduğu bir vaxtda həyata keçirilib və bu, bir çoxları tərəfindən siyasi motivli bir addım kimi qiymətləndirilib. Başqa sözlə, İmamoğlunun həbsin onun seçkidən uzaqlaşdırılması cəhdi kimi qiymətləndirilir. Məhz bu səbəbdən sözügedın addım Türkiyədə genişmiqyaslı etirazlara səbəb oldu. Müxalifət partiyaları İmamoğlunun həbsini “siyasi sifariş” kimi dəyərləndirdilər.


Siyasilərə qarşı əvvəlki hücumlar

CHP-nin əvvəlki lideri Kemal Kılıçdaroğlu da müxtəlif dövrlərdə hücumlara məruz qalıb. Belə ki, 2019-cu ilin aprel ayında Ankaranın Çubuk ilçəsində bir əsgərin dəfn mərasimində Kılıçdaroğlu fiziki hücuma məruz qaldı. Bu zaman o, linç edilməkdən son anda xilas edildi. Hücum edən şəxsin AKP üzvü olduğu ortaya çıxdıvə hadisə geniş ictimai qınağa səbəb olub.

2023-cü ilin may ayında isə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu Ərzurumda keçirilən mitinq zamanı hücuma məruz qaldı. Mitinq zamanı İmamoğlunun avtobusu daşlandı və bir neçə nəfər xəsarət aldı. Bu hadisə də müxalifətə qarşı artan təzyiqlərin göstəricisi kimi qiymətləndirildi.

Türkiyənin müxalifət təmsilçiləri Özgür Özelə son hücumu da ölkədə hakimiyyətin öz opponentlərinə qarşı təzyiqlərinin davamı hesab edirlər.


Prezident Ərdoğanın reaksiyası

Ancaq CHP lideri Özgür Özelə qarşı həyata keçirilən hücumdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onunla telefon əlaqəsi saxlayaraq “keçmiş olsun” diləklərini çatdırıb. Ərdoğan hadisənin bütün aspektlərinin araşdırılacağını və bu prosesin ciddi şəkildə nəzarət altında saxlanılacağını bildirib.

Prezidentin məsələ ilə yaxından maraqlanması bu hücumun üçüncü qüvvələr tərəfindən təşkil edilməsi və müxalifətlə hakimiyyət arasında gərginliyi daha da artırmağa hesablandığı barədə versiyanı da gündəmə gətitib.


Türkiyədə siyasi gərginlik

İstənilən halda Özgür Özelə qarşı həyata keçirilən hücum Türkiyədə siyasi atmosferin getdikcə daha da gərginləşdiyini göstərir. Bu hadisə müxalifət liderlərinə qarşı yönələn həbs, təzyiq və təqiblər fonunda nəzərdən keçirilir. Siyasilər və köşə yazaraları Özgür Özələ atılan yumruğu "demokratiyaya, sivil siyasətə atılan yumruq" hesab edir və bu zorakılığın ünvanının Türkiyə olduğunu bildirilər.


Yəni bu hadisə CHP və digər müxalifət partiyalarının liderlərinə yönələn bir təcavüz olmaqla yanaşı, həm də Türkiyənin siyasi gələcəyinə, hüquq və azadlıqlarına dair əhəmiyyətli suallar yaradır.

Türkiyəli analitiklər hesab edir ki, ölkədəki mövcud gərgin siyasi vəziyyət, yalnız müxalifət üçün deyil, bütövlükdə demokratik institutlar və azadlıqlar üçün ciddi təhlükə vəd edir. İndiki şəraitdə siyasi liderlər və vətəndaşların hüquqlarına yönələn təzyiqlər, ölkənin gələcəyini təhdid edir və beynəlxalq səviyyədə də narahatlıq doğurur.

Nahid,
BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 May 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri