Icma.az
close
up
RU
“Özləri gedir, övladları vəzifələrə təyin olunur” Tural Abbaslı

“Özləri gedir, övladları vəzifələrə təyin olunur” Tural Abbaslı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xanlar Vəliyevin hərbi prokuror vəzifəsindən getməsi “köhnə qvardiya”nın son akkordu sayılır. Artıq idarəetmədə 20-25 il vəzifədə qalan məmur çox azdır.

Hazırda “köhnələrin” ən parlaq, iri səlahiyyətliləri Baş nazirin 1-ci müavini Eyyub Yaqubov, fövqəladə hallar naziri Kamaləddin Heydərov və bu cür bir-iki nəfərdir. Qalanı demək olar gedib.

Bu nəyi dəyişəcək? Yeni təyinatlar hansı yeniliyi gətirəcək?

Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı bildirib ki, hazırda köhnə və yeni qvardiya anlayışları bir-birinə qarışıb, onları ayırd etmək çətindir:

“Məsələn, indi Vəliyev qardaşlarının övladlarının və qohumlarının hansı vəzifələrdə çalışdıqları barədə məlumat varmı? Bəlkə onların övladları və yaxın qohumları daha böyük, perspektivli vəzifələrdə işləyirlər?! Ona görə də bu ailələrin hakimiyyətdəki təmsilçiliyinin sıfıra endiyini, maddi və siyasi güclərinin zəiflədiyini söyləmək çətindir. Bir çox pensiyaya çıxmış vəzifəli şəxslərin adlarını sadalamaq olar ki, onların övladları kifayət qədər böyük vəzifələrdə təmsil olunurlar.

General rütbəsində, hüquq-mühafizə orqanlarında, Ədliyyə Nazirliyində, gömrük sistemində ən yüksək vəzifələrdə təmsil olunanlar var. Başda Ramiz Mehdiyev dayanır. Ona görə də “köhnələrin” tamamilə sistemdən getdiyini demək olmaz”.

Tural Abbaslının sözlərinə görə, pensiya yaşı ilə əlaqədar vəzifədən gedənlər tam şəkildə sistemdən uzaqlaşmış sayılmamalıdır:

“Çünki onlar alternativ vəzifələrə təyin olunurlar. Məsələn, Fikrət Məmmədov Konstitusiya Məhkəməsinə getdi, Ramil Usubov Təhlükəsizlik Şurasının katibidir. Xanlar Vəliyevlə bağlı da müxtəlif söz-söhbətlər var. Onun Məhkəmə-Hüquq Şurasına və ya Konstitusiya Məhkəməsinə gedəcəyi qeyd olunur. Ümumiyyətlə, “köhnə qvardiya”nın yerini eyni düşüncəli kadrlar tutacaqsa, bu, heç nəyi dəyişməyəcək.

Hazırda biz ümumi sistemin yanaşma tərzinin dəyişməsində maraqlıyıq. İqtidar-müxalifət münasibətlərinin daha sivil kontekstə keçməsinin tərəfdarıyıq. Müxalifətin dövlət idarəçiliyində, eləcə də siyasi və ictimai proseslərdə təsir gücünün artırılmasını istəyirik”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Aprel 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri