Icma.az
close
up
RU
“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”

“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Özünüməşğulluq proqramı çərçivəsində verilən bütün aktivlərin, öncəliklə proqrama qəbul edilən hər bir şəxsin elektron kabineti yaradılır. Onların keçdiyi təlim proqramı ilə bağlı elektron kabinetdə məlumatlar olur. Təqdim edilən hər bir aktivin vətəndaş tərəfindən şəxsən qəbul edildiyi videoçəkiliş aparılır və həmin kabinetə yerləşdirilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçkirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib. 

Nazirin sözlərinə görə, vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur: “Bu, önəmli bir məsələdir. Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli, Qida Təhlükəsizliyi Agentliyinin, baytarlığın sertifikatları, yoxlama, sağlamlıq arayışları orada olur. Əgər avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları olur. Bu sertifikatlarla birlikdə vətəndaş özü şəxsən videoçəkilişlə qəbul edir, hər hansı etirazı olmadığını bildirir və təqdim olunan aktları imzalayır”.

S.Babayev əlavə edib ki, videoçəkilişlərin hamısı nazirliyin elektron səhifəsinə açıq şəkildə qoyulur: “Sizə müraciət edən şəxslərin ad-soyadı və FİN nömrəsi ilə elə qəbul zamanı təqdimat prosesinə baxa bilərsiniz. Mən öz vətəndaş qəbullarımda da eyni qaydada edirəm. Vətəndaşın müraciəti zamanı əgər özünüməşğulluq aktivləri ilə bağlı iradı varsa, kompüterdə açıb baxırıq və vətəndaşla birgə analiz edirik. Əlavə olaraq, imzalanmış müqavilə çərçivəsində qeyd olunub ki, bir ay ərzində aktivlərin keyfiyyətində vətəndaşın günahı olmadan baş verən hər hansı pozuntuya görə də ona zəmanət verilir, 30 gün müddətində dəyişdirilir.

Amma əgər vətəndaş 6 ay sonra gəlib deyəcəksə, verilən aktiv indi işləmir, əlbəttə ki, zəmanət müddəti keçdiyinə görə dəyişdirilmir. Düşünürəm ki, özünüməşğulluq proqramı Azərbaycanın ən uğurlu layihələrindən biridir. Dünya Bankı müxtəlif ölkələrdə həyata keçirdiyi özünüməşğulluq layihələri içərisində ən uğurlu layihələrdən biri kimi ali mükafatlarından birini bu proqrama verib”.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri