Icma.az
close
up
RU
“Heç özüm də özümü müdafiə etməyəcəm”

“Heç özüm də özümü müdafiə etməyəcəm”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

143 milyonluq yeyintidə təqsirli bilinən general Nizami Məmmədov və onunla birgə ittiham olunan zabitlər yenidən hakim qarşısına çıxarılıblar.

“Qafqazinfo”nun məlumatına görə, 11 il yarıma kimi həbsə məhkum edilən zabitlər  cəzalarının yüngülləşdirilməsini istəyirlər.

Ordudakı məniməsməyə görə çoxsaylı zabitlər cinayət məsuliyyətinə cəlb edilib. 

Onlardan dördü- Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nizami Məmmədov və qoşun növlərinin maliyyə-xidmət rəisləri polkovniklər Bayram Bayramov və Cəlal Kazımov, həmçinin Vüsal Əlizadə birgə mühakimə edilir.

Şikayətlər Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılır. 

General Məmmədovu bu dəfə də vəkillər Rəşad Mirmehdizadə və Faiq Hüseynov müdafiə edir. Onlar bəlli saatda məhkəmə salonunda olublar. 

Amma təqsirləndirilən şəxslərdən ikisi-Cəlal Kazımov və Vüsal Əlizadə heç bir vəkillə müqavilə bağlamayıblar. 

V.Əlizadə dövlət hesabına vəkil istəsə də, Kazımov ondan da imtina edir, ümumiyyətlə müdafiə edilmək istəmir:

“Heç özüm də özümü müdafiə etməyəcəm. Konkret olaraq müdafiədən imtina edirəm.”

Müdafiədən imtina edən polkovniki birinci instansiyada vəkil Əli Adıgözəlov müdafiə edirdi. Maraqlıdır ki, eyni vəkil indi Kazımovun keçmiş həyat yoldaşını və yaxınlarını müdafiə edir. Cinayət işi üzrə onların da adına rəsmiləşdirilmiş əmlaklar müsadirə edilmişdi.  Bu səbəbdən Kazımovlar maraqlı şəxs kimi işə qoşulublar.

Anket məlumatlarının elanı zamanı diqqət çəkən başqa bir məqam isə Cəlal Kazımovun boşanmasıdır. O, əvvəlki məhkəmə dövründə həyat yoldaşından rəsmən ayrılıb.

Təqsirləndirilən şəxslər və onların vəkilləri məhkəmənin baxışa təyin edilməsini istəyiblər.

Hakimlər bu məsələdə tərəflərlərlə razılaşmayıblar. Xüsusilə ağır cinayət işi üzrə iki müttəhimin vəkilləri olmadığından proses təxirə salınıb. 

İlkin baxış iclasının davamı fevralın 17-si davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyindəki milyonlarla mənimsəmə faktının üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. İş üzrə dövlətə dəymiş ziyanın bir qismi ödətdirilib, eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Fevral 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri