Icma.az
close
up
RU
Özümdə heç kimə qohumluq duymamışam... Banin niyə Parisi seçmişdi?

Özümdə heç kimə qohumluq duymamışam... Banin niyə Parisi seçmişdi?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

23 oktyabr Azərbaycan əsilli fransız yazıçı, model, XX əsr mühacirət ədəbiyyatının nümayəndəsi Ümmülbanu-Baninin anım günüdür.

Kulis.az bu münasibətlə Vüsalə Musalının "Ümmülbanu-Banin haqqında bilmədiklərimiz" yazısını təqdim edir.

Banin haqqında bu günə qədər müxtəlif səpkili məqalələr yazılıb, sağlığında onunla müsahibələr aparılıb. Bəs Banin "Qafqaz günləri"ndə və müsahibələrində həqiqətləri açıqlayıbmı? Məncə, həyatı ilə bağlı sualların çoxuna cavab verməkdən yayınıb.

Anasız böyüməsi, enişli-yoxuşlu həyatı Banində dərin psixoloji travmalar buraxmışdı. "Qafqaz günləri"ni oxuduğumuz zaman bunu açıq-aşkar hiss edirik. Təbii ki, romanın səs-küy yaratması, maraqlı olması üçün bir çox hadisəni təxəyyül məhsulu olaraq əlavə etdiyini düşünürəm.

Bir alman dayə tərəfindən yetişdirilməsi də Banində Qərbə qarşı böyük heyranlığın yaranmasına səbəb olmuşdu. Romanda nənəsinin Baninə kafir təhsili verdiyi üçün atasını danlamasından da uzun-uzadı bəhs edilir. Dayənin Banini və bacılarını gizlində xristian dini mərasimlərinə aparması da onun dini fikirlərinin haçalanmasına, zədələnməsinə imkan yaratmışdı.

Bu romanda Baninin "boynuma almalıyam ki, özümdə heç kimə qohumluq duymamışam. Bilmirəm, bu bəşəri hissdir, yoxsa, mən təbiətən pis adamam" qəbilindən olan və ailəsini gözdən salan fikirləri çoxdur.

Banin romanda həyat yoldaşı Cəmil və ailəsi haqqında da ötəri məlumat verir. Müsahibələrinin heç birində isə əri və ailəsi ilə bağlı açıqlama vermək istəməmişdir. Bu məqalədə Baninin romanda mənfi surət kimi təqdim etdiyi həyat yoldaşı Cəmil - Balabəy Qocayev (Qocagil) və ailəsi haqqında həqiqətlərə işıq tutmağa çalışacağıq.

Əvvəlcə, ondan başlayım ki, Balabəy Qocayev nənəmin dayısıdır. Baninin romanda ciddi bir şəkildə tənqid etdiyi bu ailə Bakının nüfuzlu, təhsilli ailəsi idi. Balabəy, Qarabəy Aşurbəyovun qız nəvəsidir. Qeyd edim ki, nənəmin əmisi Bakı qazısı Əbdürrəhim Hadızadə XX əsrin əvvəlində qurulan Səadət mədrəsəsində dövrün mütərəqqi ziyalıları (Əlibəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Fərhad Ağazadə) ilə birlikdə fəaliyyət göstərmişlər. Səadət mədrəsəsinin şagirdləri üçün 10-a yaxın şəriət dərsliyi yazmışdır. Əliheydər Ağabəy Qocayev isə cumhuriyyətin xaricdə təhsil almış (Kiyev və Almaniyada) tələbələrindən idi. "Azərneftkəşfiyyat" Birliyinin baş mühəndisi Mahmud Yusif oğlu Salamov da bu ailəni təmsil edirdi. Bu siyahını yaxın vaxtlarda nəşr olunacaq "Saray və saraylılar" kitabında görə bilərsiniz.

Balabəy Qocayev təxminən 1880-ci ildə Bakının Saray kəndində anadan olmuşdur. Atası Ağabəy Qocayev, anası Xanımbacı neft milyonçusu Teymur Qarabəy oğlu Aşurbəyovun bacısıdır. Köhnə Çay fabrikinin yanında ikimərtəbəli evdə yaşayırdılar. Qeyd edək ki, Stalin repressiyaları bu ailəni də pərən-pərən etmişdi.

Onlar ailədə 4 uşaq idilər - böyük bacısı Yaxşıxanım, qardaşı Əliheydər Qocayev, kiçik bacısı Törə xanım. Qardaşı Əliheydər, əvvəlcə, Bakıda texnikumda, daha sonra Kiyevdə və daha sonra Almaniyada universitetdə təhsil almışdır. Pianoçu olan Törə xanım, Ənvər Paşa ilə birlikdə Bakıya gəlmiş, Mühiddin bəyə ərə getmiş və Türkiyəyə köçmüşdür.

Balabəy Qocayev haqqında qohumu Sara Aşurbəylinin xatirələrində və vəfatıyla əlaqədar Ankarada nəşr olunan "Azərbaycan" jurnalındakı nekroloqda məlumat verilmişdir. B.Qocayev, ilk öncə, Bakıda, daha sonra Belçikanın Liej şəhərində təhsil almış və ixtisasca mühəndis olmuşdur. Zənnimizcə, Balabəy Qocayev də T.Aşurbəyovun xaricə göndərdiyi tələbələrdən olmuşdur. Teymur Aşurbəyov neftdən əldə etdiyi gəlirlə məktəb tikdirmiş, məscidlərin tikintisinə köməklik göstərmiş, tələbələrin xaricdə oxumasına vəsilə olmuşdur. Aşurbəylilərin təqaüdü ilə Mirəsədulla Mirqasımov, Hənifə Pirverdiyeva, Ruhulla Axundov kimi tanınmış xadimlər xaricdə təhsil almışlar.

Professor Sara Aşurbəyli o illərdə çox sayda türk aydınının yetişdiyini yazır və onların arasında qohumu olan Balabəy Qocayevi də xüsusi olaraq xatırlayır:

"Bu dövrdə böyük bir türk ziyalı qrupu ortaya çıxmışdır. Bunların çoxu xaricdə təhsil almışdır. Atamın qohumu olan Balabəy Qocayev Belçikada təhsil alaraq mühəndis-iqtisadçı diplomu almışdı. Onun anası Aşurbəylilərdəndir".

Sara Aşurbəyli, Balabəy Qocayevin SSRİ Xarici Ticarət Nazirliyində ("Vneştorq") işlədiyini də qeyd edir.

Balabəy Qocayev, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ticarət və Sənaye naziri olmuş Mirzə Əsədullayevin qızı Ümbülbanu ilə evlənsə də, fəqət bu evlilik uzun sürmür.

Mirzə Əsədullayev, 1920-ci ildə ruslar tərəfindən həbs edilmiş, Balabəy Qocayevin köməyi ilə qısa müddətdə həbsdən azad olunmuşdur. Balabəyin dəstəyi ilə Fransaya gedən Ümbülbanu orada "Banin" təxəllüsü ilə yazıçı kimi fəaliyyət göstərmişdir.

Sara Aşurbəyli, Balabəy Qocayev ilə Ümbülbanunun izdivacı haqqında da məlumat verir və öz fikirlərini də əlavə edir:

"...Qısa müddətdən sonra Ümbülbanu atası olmadan yaşamağın çətin olduğunu, pulsuz qaldığını, bibisi və nənəsiylə birlikdə yaşaya bilmədiyini başa düşdü. Balabəyin ondan xoşu gəlirdi. Ancaq Balabəyin ilk təklifinə etiraz etdi. Baxmayaraq ki, o, olduqca yaraşıqlı idi və Belçikada təhsil almışdı.

Amma onun Türkiyəyə ezamiyyətə gedəcəyini biləndə razılaşdı və o, onunla birlikdə - türklə ailə quran bacısı Törə xanımın yaşadığı İstanbula gəldi... Tezliklə Parisə yola düşdülər... Məlum olur ki, Ümbülbanu Bakıdan çıxıb Parisə - atasının yanına getmək üçün məqsədli bir şəkildə Balabəylə evlənmişdir".

Balabəyin Ümbülbanu ilə görüşü və evliliyi onun "Qafqaz günləri" əsərində yer almışdır (Banin: 2006). Balabəy Qocayev nüfuzundan və qohumluq əlaqələrindən istifadə edərək Ümbülbanunun atası, keçmiş nazir və millət vəkili Mirzə Əsədullayevi həbsdən azad etmişdir. Bunun müqabilində M.Əsədullayev Balabəyin öz qızı ilə evlənməsinə razılıq verib. Balabəy Qocayev istər ailəsi, nəsli, təhsili, vəzifəsi, dövlət səviyyəsində nüfuzu baxımından Ümbülbanudan üstün olsa da, qadın öz yaradıcılığında onun haqqında mənfi məlumatlar vermişdir.

Sara Aşurbəyli xatirələrində Balabəy Qocayevlə İstanbuldakı görüşünü də təsvir etmişdir:

"1924-cü ildə atam İstanbulda qohumu Balabəy Qocayevlə görüşdü. O, Teymurbəy Aşurbəyovun bacısı Xanbacı xanımın oğluydu. O, Mirzə Əsədullayevin qızı olan gənc həyat yoldaşı Ümbülbanu xanımla birlikdə SSRİ Xarici Ticarət Nazirliyindən İstanbula gəlmişdi. Atam onu evimizə günorta yeməyinə dəvət etdi...Ümbülbanu xanım Balabəylə birlikdə bizə yeməyə gəldi. Xidmətçimiz Marika plov və digər gözəl yeməklər hazırlamışdı. Onlarla uzun-uzun söhbət etdik".

B.Qocayev, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə və Fransanın Sorbon Universitetindən məzun olan, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində jurnalist, yazıçı və diplomat kimi fəaliyyət göstərən Ceyhun Hacıbəyli kimi önəmli şəxsiyyətlərlə dostluq əlaqələri qurmuşdur. M.Ə.Rəsulzadənin "Məktublar, Şəfibəyçilik" adlı məqaləsində bu mövzuya toxunulmuşdur. M.Ə.Rəsulzadə 24 aprel 1924-cü ildə İstanbuldan Parisə - Ceyhun Hacıbəyliyə göndərdiyi məktubunda yazır: "Dostun Balabəy Qocayev İstanbula gəlmiştir. Çok mümkün ki Parisə gedəcəkdir. Həyat yoldaşı ilə bərabərdir. Mənimlə hələ görüşməyib. Çok diqqətlidir... Parisə gəlmədən öncə Balabəyə məktub yazmaq istəsən mənə göndər. Mən ona çatdıraram".

Deməli, B.Qocayev, Sovet rejimindən bezmiş və ezamiyyəti fürsət bilərək Türkiyədə qalmışdır. Azərbaycan Kültür Dərnəyi tərəfındən nəşr olunan "Azerbaycan" dərgisində B.Qocayevin birbaşa siyasətlə məşğul olmadığı, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Türkiyədə və Türkiyə xaricində "Müsavat" adı altında həyata keçirilən bütün milli fəaliyyətlərdə əvvəldən sonuna qədər əlindən gələn hər cür vasitələrlə dəstəklədiyi qeyd olunmuşdur.

Banin "murdar şəhər" dediyi Bakını deyil, Parisi seçdi. Fəqət, qürbət ona arzuladıqlarından heç birini - nə şöhrət, nə sərvət, nə də xoşbəxtlik bəxş etdi. Vətəndə vəfat etsəydi, ən azından İslam adət-ənənəsinə uyğun dəfn ediləcək və məzarı olacaqdı. Bunların heç biri də ona nəsib olmadı. Bütün bunları Banin özü istədi. Amma yenə də ona Vətəni sahib çıxdı.

“Simpsonlar” 20 il sonra qayıdır "Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi? Azər Buzovnalının əsərlərinin dördüncü cildi çap olundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri