Etimadı doğrultmadım, günahı özümdə görürəm Qəzənfər Abbasov
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün 1-ci Liqa uğrunda Şamaxıda keçirilən pley-off matçında "Qaradağ Lökbatan"ı 2:1 hesabı ilə üstələyən "Şimal" turnir cədvəlinin 9-cu pilləsində başa vurduğu çempionatda qalıb. Lökbatan təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Rəqibi təbrik edirəm. Oyuna istədiyimiz kimi başladıq. Əslində, hər şey alınırdı, yalnız qol çatmırdı. Nəhayət ki, istədiyimiz qolu da vurduq. Lakin qoldan sonra bur qədər təşviş yarandı. Rəqib hesabı elə vaxtda bərabərləşdirdi ki, toparlanmaq çətin oldu.
Liqalar arasında fərq var. Onlar fiziki cəhətdən bizdən daha hazırlıqlı idilər. 80-ci dəqiqədən sonra bizim oyunçular dayandılar. Həm fiziki, həm də psixoloji problemlər sezildi. Sabir Allahquliyevi sona yaxın təcrübəsinə görə meydana buraxdıq ki, irəlidə top saxlasın, hücumda çoxala bilək.
Missiyam komandanı Birinci Liqaya çıxarmaq idi. Təəssüf ki, əlimizdən gələni etsək də, hədəfimizə çatmadıq. Bundan sonra nə olacağını dəqiq deyə bilmərəm. Bir məşqçi kimi etimadı doğrultmadım. Günahı özümdə görürəm".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:233
Bu xəbər 27 May 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















