Icma.az
close
up
RU
“Özümü onlardan ayırmadım, eyni münasibəti hər ikisindən də gözləyirəm” FOTO

“Özümü onlardan ayırmadım, eyni münasibəti hər ikisindən də gözləyirəm” FOTO

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Artıq bir müddətdir ki, yutubda aparıcılıq etdiyim “Görüş” adlı verilişim yayımlanır. Məqsəd məlum bütün sənət sahiblərinin öz sənətini nəsildən-nəsilə ötürə bilməyindən gedir. Burada əsas məqsəd tək ifaçı yox, eyni zamanda rəssam, heykəltaraş, rəqqas, idmançı, dərzi, dulusçu və s sənət növlərinin sənət sahibləri tərəfindən yetişdirdikləri tələbələrinə öyrətmələridir. Təbii, layihəni tv-yə daşımaq niyyətim var. Artıq bir neçə təklif vermişəm. İnşallah ki,müsbət cavab alaram”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elnarə Xəlilova deyib. O daha sonra əlavə edib:

“Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin. İstər bayağı və qeybət xarakterli verilişlər, istərsə də bayağı mahnılarla can ağzımdan çıxana kimi mübarizə aparacağam. Mən tək deyiləm. Yanımda bir çox həmkarlarım və sənət yoldaşlarım da var. Bundan savayı “El” yaradıcılıq mərkəzinin gənc üzvləri var ki, onlar da bu gün mənimlə çiyin-çiyinə vuruşur bütün bu bayağılıqla. Odur ki, şübhəsiz mən bizim qələbə çalacağımıza inanıram” deyə müğənni bildirib.

Elnarə Xəlilova bildirib ki, yeni il üçün Natavan və Röya ilə bir araya gəlib, “W-trio” qrupunu müvəqqəti də olsa layihədə gerçəkləşdirdilər. İndi isə..

“Əlbəttə ki, Vaqif Gərayzadə başda olmaqla qızlarla olan yeni il layihəmiz sırf tv üçün hazırlanmışdı. Ondan sonra gördüyünüz kimi yenə də hərə öz yoluna. Ancaq qızlardan özümü mən heç vaxt ayırmadım, ayırmaram da. Çünki onlar mənim uşaqlıq, gənclik xatirələrimdir. Nə olursa-olsun, bundan sonra da onları hər yerdə gözəl anacağam və eyni münasibəti də onlardan gözləyirəm” deyə Elnarə Xəlilova bildirib.

Elnarə Xəlilova bəstəkarların mahnıları baha satması mövzusuna da toxunub:

“Adlı-sanlı bəstəkar əlbəttə beyninin məhsulunu və savadlı mahnını əlbəttə ki,  baha satacaq. Baha satmalıdı da. Ancaq indi adi reperlər belə bəstəkar olmaya-olmaya qiyməti 3-4 minə mahnılar satır. Odur ki, yeni başlayanların  bəzilərinin elə öz seçimləridir bayağı mahnı almaq, çünki bəstəkar mahnısını oxumaq lazımdır, afro beat üzərində yazılmış eyni, hamısı bir-birinə oxşayan mahnıları isə oxumağa ehtiyac yoxdur, elə şeir dedin kifayət edir. Budur əsl səbəb. Yoxsa ki, qiymətlər elə hər yerdə eynidi” deyə Elnarə Xəlilova bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Fevral 2025 02:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri