Icma.az
close
up
RU
“Özümüzü kəsən qılınc” əsəri türk sərgisində FOTOLAR

“Özümüzü kəsən qılınc” əsəri türk sərgisində FOTOLAR

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Türkiyədə 8-ci Merzifon Kitab Sərgisində Fəxri Qonaq statusunda iştirak edir. Həmçinin Türk Mədəniyyəti və İrsi Fondu qurucu üzv dövlətlərindən olan Azərbaycanın stendində öz nəşrlərini sərgiləyir.

Fonddan verilən xəbərə görə, tədbirin rəsmi açılışına bələdiyyə başçıları Turgay Sevindi, Alp Kargı, Zehra Özyol, Ömer Özalp, millət vəkilləri Yaşar Tüzün, Reşat Karagöz, Mehmet Tahtasız, Ramiz Topal və sair tanınmış dövlət rəsmiləri qatılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkələrin siyasi-ictimai, mədəni-ədəbi əlaqələri haqqında əhatəli çıxış edib.

Daha sonra dövlət rəsmiləri Fəxri Qonaq olan Azərbaycanın stendini ziyarət ediblər. Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Fərid Hüseyn ziyarətçilərə Fondun fəaliyyəti və nəşrləri barədə əhatəli məlumat verib. Sonra qonaqlara Fondun üç il öncə Türkiyədə baş vermiş dəhşətli zəlzələ qurbanlarına həsr olunmuş, Türk dünyası şairlərinin şeirlərindən ibarət “Səninləyik Türkiyə” kitabı və görkəmli türk yazıçısı Hüseyn Nihal Atsızın xatirəsinə həsr olunmuş, qədim Göytürklərin tarixindən bəhs edən, Azərbaycan və türk dillərində olan Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” pyesi hədiyyə edilib.

Fondun icra etdiyi beynəlxalq layihələr və fundamental nəşrlər barədə gün boyunca Azərbaycan stendini ziyarət edən qonaqlara geniş məlumat verilib, Türk dünyası, tarixi və mədəniyyəti ilə bağlı araşdırma aparan elm və mədəniyyət adamlarına təşkilatın çap etdiyi kitablar hədiyyə olunub

Sərgi şərçivəsində “Özümüzü kəsən qılınc” kitabı oxuculara təqdim olunub. Kitab Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə bu il 100 illik yubileyi qeyd olunan şair Bəxtiyar Vahabzadənin yuvarlaq doğum günü münasibəti ilə Azərbaycan və Türk dillərində işıq üzü görüb. Kitab Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın əsər haqqındakı “Tarixdən alınan ibrət dərslərimiz” adlı əhatəli Ön sözü ilə açılır.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycanın istiqlal şairi olduğunu, hər zaman Türk dilinin qorunması, ortaq tarixinin təbliği ilə bağlı çalışdığını, ən əsası isə Türk Birliyinə həsr olunmuş çoxsaylı dəyərli əsərlər qələmə aldığını xatırladıb.

Daha sonra təşkilatın əməkdaşı Fərid Hüseyn çıxış edərək Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Respublikası prezidentinin təşəbbüsü, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçılarının dəstəyi ilə yaradıldığını və Türk mədəniyyətini, dilini, tarixi irsini beynəlxalq müstəvidə tanıdan bir təşkilat olması barədə, qurumun çoxsaylı beynəlxalq layihələri xüsusunda tədbir iştirakçılarına geniş məlumat verib. Fondun hər zaman yubileyi qeyd olunan Türk Dünyasının söz və fikir adamlarının irsinə qarşı yüksək həssaslıqla yanaşdığını və Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərinin nəşrinin də bunun ən bariz təzahürü olduğunu qeyd edən F.Hüseyn bu əsərin möhtəşəm tarixi irsimizə, milli kimliyimizə sahib çıxmaq, onları qorumaq üçün ən dəqiq yolgöstərən, mənəvi bir mayak olduğunu bildirib. Əsərin süjeti və təhlili haqqında da danışan Fərid Hüseyn bu pyesin gələcək əsrlərdə də öz aktuallığını itirməyəcəyinə, əksinə dəyişən zamanlarla bərabər yeni-yeni mənalar qazanacağına inamını ifadə edib.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamın ədibin irsinin təbliği baxımdan geniş və müstəsna imkanlar yaratdığını bildirən F.Hüseyn Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bu sərəncamdan irəli gələn məsələlər əsasında görkəmli şairin irsinin təbliği və adının əbədiləşdirilməsi, əsərlərinin yenidən səhnə həyatı qazanması istiqamətində çoxsaylı əhəmiyyətli layihələr icra etdiyini tədbir iştirakçılarının diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova da çıxışında “Özümüzü kəsən qılınc” əsərinin bədii-tarixi əhəmiyyətindən danışıb və bu kitabın Türk dünyasının gənclərinin mənəvi inkişafı üçün çox əhəmiyyətli olduğunu dilə gətirib. Azərbaycan ədəbiyyatında Türk Birliyi ideyasının tarixindən, istiqlal düşüncələrin əhəmiyyətindən bəhs edən T.Bədəlova Bəxtiyar Vahabadəni Türk dili, azadlığı və sair mövzular baxımından onu dahi Nizami Gəncəvinin yaradıcılıq yolunun davamçısı adlandırıb.

Sonda natiqlər tərəfində tədbir iştirakçıların sualları cavablandırılıb və oxuculara kitablar hədiyyə edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 May 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see276

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see209

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see149

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see147

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see145

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see141

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see137

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see133

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see131

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see131

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see127

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see126

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see124

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see122

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see122

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see120

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see120

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see120

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see119

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri