Rəsm əsəri qəbirüstü abidəsinə çevrildi FOTOLAR
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, abidə mərhum rəssamın üçhissəli “Odlar yurdu” rəsm əsəri əsasında hazırlanıb.
Triptixin mərkəzi hissəsində “Xəzər bu gün” əsəri, sol tərəfində “Atəşpərəstlərin məbədi”, sağında isə Qız qalasının təsviri yer alır.
“Odlar yurdu” rəssamın yaradıcılığında xüsusi yerə malikdir.
Qəbirüstü abidənin müəllifi Tahir Salahovun 2023-cü ildə vəfat edən qızı Alagöz Salahova olub.
Tahir Salahov isə 2021-ci ilin 21 mayında 93 yaşında Almaniyada müalicə aldığı klinikada vəfat edib.
O, I Fəxri xiyabanda dəfn olunub.
Bu mövzuda digər xəbərlər:İkinci əl bazarında tapdığı rəsm əsəri 1,06 milyon dollar dəyərində sərvətə çevrildi
06 Oktyabr 2026 11:04
Rəsm əsəri rekord qiymətə satılıb
19 Fevral 2026 18:32
Rəsm Əsəri Yoxsa Vandallıq? REPORTAJ
04 Aprel 2026 13:01
Misirdə 10 min illik qədim qayaüstü rəsm əsəri aşkar edilib FOTOLAR
13 Fevral 2026 08:11
Məşhur rəssamın yeni rəsm əsəri tapılıb
01 Fevral 2025 11:33
Baxış sayı:113
Bu xəbər 11 Aprel 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















