Icma.az
close
up
RU
“Özün üçün yaşa: xoşbəxt insanın 8 qaydası“ Psoxoloqdan açıqlama

“Özün üçün yaşa: xoşbəxt insanın 8 qaydası“ Psoxoloqdan açıqlama

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Xoşbəxtlik başqalarının gözündə deyil, insanın özü ilə qurduğu münasibətdə formalaşır..."

Biz tez-tez xoşbəxtliyi özümüzdən kənarda - başqalarının etirafında, münasibətlərdə, nailiyyətlərdə axtarırıq. Lakin tanınmış psixoterapevt Mixaik Litvak tam fərqli, hətta radikal bir yol təklif edir.

Moderator.az xəbər verir ki, bu barədə o, "prochepetsk.ru" nəşribdə yazıb.

Xoşbəxtliyi kənarda axtarmaq vərdişi və yanlış istiqamət

Litvak qeyd edir ki, bu radikal yol istiqaməti dəyişmək və axtarışı insanın öz daxilində başlatmaqdır. Onun yanaşması sadə məsləhətlər toplusu deyil, dünyanı qavrama tərzini yenidən qurmağa kömək edən alətlər sistemidir.

Gündəlik öhdəliklər, sosial gözləntilər və bizə sırıdılan məqsədlər axınında insan çox asanlıqla öz səsini itirir. Elə bilirik ki, xoşbəxtlik haradasa yolun sonunda verilən bir mükafatdır və bir gün mütləq bizə "çatacaq". 

"Əgər xoşbəxt olmaq istəyirsənsə" kitabının müəllifi Litvak isə əksini deyir: xoşbəxtlik son dayanacaq deyil, yolun öz keyfiyyətidir. Və bu yol insanın özü ilə səmimi dialoqundan başlayır. Onun qaydaları başqalarının yazdığı ssenarilərlə yaşamaqdan yorulanlar üçün praktik bir həyat fəlsəfəsidir.

Qavrayışın yenilənməsi: daxili azadlıq haradan başlayır?

Litvak hazır reseptlər vermir. O, insanın özünü analiz etməsinə kömək edən vasitələr təklif edir ki, həqiqi istəkləri kənardan təlqin edilənlərdən ayırmaq mümkün olsun. İlk və ən vacib addım budur: əsas qərarların və emosiyaların mənbəyi başqalarının davranışı deyil, bizim öz daxili dünyamızdır. Daxili azadlığın başlanğıc nöqtəsi məhz buradan keçir.

Onun yanaşmasına görə, xoşbəxtlik "tutulacaq" bir şey deyil - orada sadəcə yaşamaq olar. Bu, ani bir parıltı yox, insanın öz yolu ilə barışığından, indiki anı dəyərləndirmək bacarığından doğan sakit bir işıqdır. Xarici uğurlar bu hissi gücləndirə bilər, amma onun yerini tuta bilməz.

Səkkiz əsas prinsip: nəzəriyyədən gündəlik həyata

- Yaradıcılıq tənhalığı prinsipi. Səssizlik bu gün dəbdəbəyə çevrilib. Halbuki Litvaka görə, insanın həqiqi "mən"i məhz sükutda formalaşır. Bu, başqalarının qiymətləndirməsi olmadan öz istəklərini eşitmək üçün bir laboratoriyadır. Müntəzəm səssizlik tənha qalmaq deyil, özünü tapmaqdır.

- Sağlam eqoizm paradoksu. "Başqalarına faydalı olmaq istəyirsənsə, özün üçün yaşa". Litvak destruktiv eqoizmi (başqalarının hesabına yaşamaq) konstruktiv eqoizmdən ayırır: yəni öz resursuna, enerjisinə və inkişafına qayğı. Daxilən dolu insan paylaşa bilir, tükənmiş insan isə yalnız borc verir və bunu çox vaxt narazılıqla edir.

- Danışıq dili daxili vəziyyəti açır. Daim başqalarını tənqid etmək, qeybət və istehza çox vaxt daxili narazılığın əksidir. Öz zəif tərəfləri ilə üzləşməkdənsə, başqalarının səhvlərindən danışmaq daha asandır. Qınama dilindən özünü analiz dilinə keçid daxili yetkinliyin göstəricisidir.

- Bəyənilməkdən "ölmək". Hamıya xoş gəlmək istəyi insanı özündən uzaqlaşdırır. Nəticədə insan dekorasiya kimi yaşayır, içəridə isə boşluq qalır. Azadlıq o anda başlayır ki, sən başa düşürsən: sənin qərarların hamıya xoş gəlməyə bilər və bu, normaldır.

- Ağırlıq hissi yol göstərici kimi. Davamlı yorğunluq, sıxıntı və "həyat yükdür" hissi norma deyil, siqnaldır. Öz məqsədin uğrunda çəkilən çətinlik enerji verir, başqasının məqsədi üçün çəkilən isə tükəndirir. Bu hiss insanı dəyərləri ilə reallıq arasındakı ziddiyyəti görməyə məcbur edir.

- Xoşbəxtlik daxili sakin kimi. Maşın, status, münasibət ' bunlar xoşbəxtliyin ünvanı deyil. Litvaka görə, xoşbəxtlik tutulmur, orada yaşanır. O, yolunun mənalı olduğuna inamdan doğan daxili vəziyyətdir.

- Əsas cəbhə daxildədir. Ən böyük düşmənlərimiz şərait və ya insanlar deyil, qorxularımız, komplekslərimiz və məhdudlaşdırıcı inanclarımızdır. Daxili sabotajçı susdurulduqda, xarici imkanlar da genişlənir.

- Üç "zəhər": qorxu, paxıllıq, günahkarlıq. Qorxu gələcəyi iflic edir, paxıllıq indini zəhərləyir, günahkarlıq isə insanı keçmişə bağlayır. Xoşbəxtlik bu emosiyaların bizi idarə etməsinə imkan verməmək bacarığıdır.

Litvakın fəlsəfəsinin nəticəsi eqosentrizm deyil. Əksinə, bu yanaşma insanı daha bütöv və autentik edir. Yalnız həyatını başqalarının gözləntiləri üzərində deyil, öz daxili dayağı üzərində quran insan sağlam münasibətlər qurmağa və yaradıcı fəaliyyətə qadirdir. Belə bir insan üçün xoşbəxtlik artıq son məqsəd deyil - özü seçdiyi yolun təbii halına çevrilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri