Özündən 10 yaş böyük sevgilisini bu səbəbdən öldürübmüş FOTO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qeyri-rəsmi birlikdə yaşadığı kişini öldürməkdə ittiham olunan Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Çıxışda deyilir ki, xanım müttəhim onunla nikaha girməkdən imtina edən sevgilisini qəsdən həyatdan məhrum edib. O, cinayət aləti kimi bıçaqdan istifadə edib. Verilmiş ittiham məhkəmə yolu ilə də təsdiqini tapıb.
Prokuror Ruhiyyə Tahirovanın qəsdən adam öldürməkdə təqsirli bilinərək 12 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.
Müdafiə tərəfinə çıxışa hazırlaşması üçün vaxt verilib.
Qeyd edək ki, hadisə ötən ilin mayın 30-da baş verib.
İttihama görə, 49 yaşlı Ruhiyyə qeyri-rəsmi münasibətdə olduğu, özündən 10 yaş böyük Samir İsrafilovun onunla evlilikdən imtinasını təhqir hesab edib. Həmin səbəb də bu cinayətin baş verməsinə gətirib çıxarıb./qafqazinfo
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 13 Yanvar 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















