Icma.az
close
up
RU
Özündən 10 yaş kiçik sevgilisini evlənmədiyinə görə öldürdü

Özündən 10 yaş kiçik sevgilisini evlənmədiyinə görə öldürdü

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçmiş sevgilisini öldürməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın məhkəməsi başlayıb.

News24.az milli.az-a  istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Tural İsrafilov danışıb:

"Mayın 30-da xalam oğlu "WhatsApp"da mesaj göndərdi ki, qardaşını öldürüblər. Xəbərlərdə baxıb bildim. Ondan sonra Sabunçu morqundan meyiti götürüb aparıb basdırdım. Qadınla əlaqəsinin olmasını hadisədən 4 gün qabaq bilmişəm. Qardaşım bizimlə yaşamayıb, içkiyə meyilli olub. Qardaşımı axırıncı dəfə fevral ayında görmüşdüm, ondan sonra bizə gəlməyib. Ruhiyyə Tahirova ilə tanış olduqdan sonra bizimlə yaşamayıb. Bizimlə yaşayanda evə nəsə alıb gətirirdi. Ruhiyyə Tahirovadan şikayətci deyiləm. Bilmirəm, göydə Allah, yerdə bəndə".

Sonra şahid qismində Güllü Əhmədova ifadə verib:

"Ruhiyyə ilə qohumam, atamın bibisi qızıdır. Hadisədən bir gün əvvəl mənə zəng elədi ki, sizə gəlmək istəyirəm. Ruhiyyə bir oğlanla ailə qurmaq istədiyini demişdi, hətta anası ilə də tanış etmişdi. Sonra zəng elədi ağladı ki, bunun fikri ciddi deyil. Dedi oğlanla danış. Mən də Samirlə danışdım, hiss etdim ki, içkilidir. Səhəri gün zəng elədi ki, Samiri öldürmüşəm, anamın goruna söyüb. Mən də telefonu söndürüb yatdım. Sonra bacım zəng elədi ki, Ruhiyyə ilə danış"

Digər  şahid Sadiq Allahverdiyev ifadə verərək bildirdi ki, Nizami rayonu 120 saylı Mənzil İstismar Sahəsinin rəisidir:

"Ruhiyyə mənim 2020-ci ildən işçim olub, 4 ilə yaxın bizim yanımızda dalanda işləyib. Onun siqaret çəkməsini və içki içməsini bilirdim. Hadisə olan gün səhər mənə zəng elədi ki, adam öldürmüşəm. Mən də gəldim və dedim ki, polisə zəng vur, məlumat ver. O da telefonla "102"yə yığdı, dedi".

İttihama görə, təqsirləndirilən Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı Samir İsrafilova nikaha daxil olmaq istədiyini bildirib. S.İstafilov isə onunla vaxt keçirdiyini, ailə qurmaq niyyəti olmadığını söyləyib. Bu zaman R.Tahirova bunu təhqir kimi qəbul edib. Onların arasında mübahisə yaranıb. Zərərçəkmiş şəxs Ruhiyyə Tahirovadan güclü olduğu üçün ona müqavimət göstərə bilib. Bu zaman başqa çarəsi qalmayan təqsirləndirilən şəxs kəsici alətlə ona xəsarət yetirib. Nəticədə Samir İsrafilov həyatını itirib. Ruhiyyə Tahirova isə 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Ruhiyyə Tahirova bu mövzuda özünü təqsirli bilib.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Ruhiyyə Mürvət qızı Tahirova şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü Samir İsrafilovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Dekabr 2024 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri