Icma.az
close
up
RU
Özünü daha dərindən hiss etməyə kömək edəcək 10 film VİDEO

Özünü daha dərindən hiss etməyə kömək edəcək 10 film VİDEO

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər birimizin həyatında elə dövrlər olur ki, dayanmaq, özümüzü - emosiyalarımızı, seçimlərimizi və daxili dəyişikliklərimizi - daha yaxşı anlamaq istəyirik. Belə anlarda filmlər sadəcə əyləncə deyil, sanki öz hisslərimizi kənardan görmək imkanı yaradan bir güzgüyə çevrilir.

Lent.az sizə dayaq nöqtələri tapmağa, vacibini yenidən dəyərləndirməyə və özünü bir az daha dərindən hiss etməyə kömək edəcək filmlər təqdim edir.

The Pursuit of Happyness, 2006

Real hadisələrə əsaslanan bu təsirli film Kəris Qardnerin (Will Smith) maliyyə böhranı, evsizlik və ardıcıl çətinliklərlə mübarizəsini göstərir. Bütün bunlara baxmayaraq, o, kiçik oğluna daha yaxşı həyat qurmaq üçün əlindən gələn hər şeyi edir. Film — itkilər, dözüm və insan ruhunun gücü haqqında hekayədir; nə qədər çətin görünsə də, insanın arzularına doğru gedə biləcəyini göstərir.

Eat Pray Love, 2010

Ağrılı boşanmadan sonra Elizabet Gilbert (Julia Roberts) bədən, ruh və sevgini tarazlamaq üçün simvolik olaraq İtaliya, Hindistan və İndoneziyaya səfər edir.
Film insanı özünü axtarmağa, dəyişiklikləri qəbul etməyə və yenidən başlamaqdan qorxmamağa ruhlandırır.

Into the Wild, 2007

Kris MakKendlis (Emile Hirsch) maddi nemətlərdən imtina edərək Alyaskaya təklik və azadlıq dolu səfərə çıxır. Bu hekayə insanı azadlıq anlayışı, gerçək dəyərlər və cəmiyyət qaydalarından kənarda mənanın nə olduğunu düşünməyə vadar edir.

Lost in Translation, 2003

Tokioda iki özünü itmiş insan — Bob Harris (Bill Murray) və Şarlotta (Scarlett Johansson) təsadüfən görüşür və aralarında dostluq yaranır. Bu əlaqə onlara daxili boşluğu və təkliyi aşmağa kömək edir. Film sözsüz anlayışın, səssiz dəstəyin nə qədər dərin ola biləcəyini incə və həssas şəkildə göstərir.

Wild, 2014

Şeril Streyd (Reese Witherspoon) ağır itkilər və həyat sarsıntılarından sonra çətin bir yürüş marşrutuna çıxır. Onun yolçuluğu həm fiziki, həm də mənəvi təmizlənmə və yenidən doğuluş olur. Film keçmişlə mübarizə, sağalma və təbiətlə təmasın gücü haqqında danışır.

The Secret Life of Walter Mitty, 2013

Uolter Mitti (Ben Stiller) daim xəyallara qaçır amma həyata keçirməyə cəsarəti çatmır. Hər şey o, real macəraya atıldıqda dəyişir. Film rahatlıq zonasından çıxmağa, özünə gerçək yaşamağa icazə verməyə cəsarət edənlər üçün ilhamverici bir hekayədir.

Good Will Hunting, 1997

Uill Hantinq (Matt Damon) keçmişi problemli olan, MIT-də təmizlik işçisi kimi çalışan gənc dahidir. Terapevtinin (Robin Williams) köməyi ilə o, özünü tanımağa və yaralarını sağaltmağa başlayır. Film özünü dərk etmə, qəbul etmə və həssaslığın gücü haqqında hekayədir.

Life of Pi, 2012

Pi Patel (Suraj Sharma) gəmi qəzalarından sağ çıxır və benqal pələngi ilə bir qayıqda qalır. Onun yolçuluğu  iman, ümid, təsəvvür və insan səbirinin sərhədləri ilə bağlı fəlsəfi bir alleqoriyadır. Vizual olaraq möhtəşəm olan film dərin ruhani suallara toxunur.

Her, 2013

Yaxın gələcəkdə Teodor (Joaquin Phoenix) Samantha adlı əməliyyat sisteminə (Scarlett Johansson) aşiq olur. Film təkliyə, emosional bağlılıq ehtiyacına və texnologiyanın hisslərdən ayrılmaz olduğu bir dünyada sevginin nə demək olduğuna toxunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Dekabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri