Icma.az
close
up
RU
Öyrənilmiş çarəsizlik nədir? Psixoloq izah edir

Öyrənilmiş çarəsizlik nədir? Psixoloq izah edir

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

"Təsəvvür edin, bir qurbağanı qaynar suya atsanız, dərhal sıçrayaraq canını qurtarmağa çalışacaq. Amma əgər onu soyuq suya salıb, suyu yavaş-yavaş qızdırsanız, heç bir təhlükə hiss etmədən o sudan çıxmayacaq, o zamana kimi, su artıq ölüm nöqtəsinə çatana qədər. Bu metafora elmdə və psixologiyada “Qurbağa sindromu” kimi tanınır". 

Bunu "Cebheinfo.az"-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib.

O bildirib ki, bu sadəcə bir heyvan haqqında deyil, bu, həmçinin, travmaların, münasibətlərin və gündəlik həyatımızın içinə yavaş-yavaş sirayət edən psixoloji tələlərin simvoludur:

"Zərər insana doğru gələndə fərqinə varmırıq. Çox zaman bir insan münasibətdə zorakılığa məruz qalanda, bu zorakılıq ilk gündən açıq şəkildə olmur.

Əvvəlcə səssizlik gəlir, sonra kiçik alçaltmalar, sonra nəzarət, sonra isə “Sənin üçün edirdim” adı altında edilən manipulyasiyalar. Əgər bu proses sürətlə baş versəydi, bəlkə də həmin insan buna reaksiya verər, müdafiə edərdi. 

Lakin proses yavaş getdikcə, beyin “öyrəşir”, “təhlükə yoxdur” siqnalı verir. Nəticədə insan artıq nə qədər dəyərlərini itirdiyini anlamır".

Onun sözlərinə görə, çox vaxt insanlar bu halı “səbr”, “dözüm”, “ailə saxlamaq uğrunda fədakarlıq” adı ilə əlaqələndirirlər, halbuki bu, sadəcə psixoloji öyrənilmiş çarəsizlikdir:

““Qurbağa sindromu”nda insan, öz əzabına zamanla adaptasiya olaraq onu normal qəbul edir. “Elə əvvəldən beləydi”, “hamıda belə olur” kimi düşüncələr zəhərin içinə şəkər qatmaqdan başqa bir şey deyil.

“Qurbağa sindromu”nu yaşayan insanlarda dəfələrlə incinsə də, qarşı tərəfi müdafiə etməsi, “bəlkə düzələr” ümidi ilə zərərli münasibəti davam etdirməsi, emosional və fiziki yorğunluq, lakin buna adət etdiyi üçün reaksiya verməməsi, öz dəyərini və sərhədlərini getdikcə itirməsi kimi hallar müşahidə olunur".

Psixoloq qeyd edib ki, “qurbağa sindromu”ndan çıxış yolu yavaş-yavaş qızan suyu hiss etməkdir:

““Qurbağa sindromu”ndan çıxış yolu, “suyun istiliyini dərk etmək”lə başlayır. Yəni insan həyatında gedən dəyişikliklərin tədricən olduğunu anlamalı, duyğusal uyuşmanı pozmalı və özünə sual verməlidir: “Mən bu haldan məmnunammı, yoxsa sadəcə öyrəşmişəm?”

Dəstək almaq, psixoloji sərhədləri tanımaq, daxili səsi yenidən eşitmək bu prosesin vacib hissələridir. Hər şeyə zamanla öyrəşmək insan ruhunun ən təhlükəli düşmənidir. 

Zamanla düzələn deyil, zamanla səni dəyişdirən şeylərə qarşı ayıq olmaq gərəkdir. Unutmayın ki, qaynar suya düşməkdən daha təhlükəlisi yavaş-yavaş qızan sudur".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri