Icma.az
close
up
RU
Özünü yorma, kişi, mən düzələn zad deyiləm… Təbriz VƏFALI YAZIR

Özünü yorma, kişi, mən düzələn zad deyiləm… Təbriz VƏFALI YAZIR

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Təbriz VƏFALI

***    

Keçmiş SSRİ dövründə digər sovet respublikalarında oldğu kimi Azərbaycan SSRİ-də də dəmir nizam-intizam, insanları daim vəlvələyə salan sərt və amansız cəzalar var idi. Ona görə də o zamanlar qanun pozuntularının, cinayət hadisələrinin sayı az idi. Hətta “ölüm kamerası” adlanan otaqda ölüm hökmünün, ürəkdən güllələnmənin, edamın digər növü olan suda boğmanın icra edildiyi bir dövrdə ağır cinayətlər törətmək böyük məharət və cəsarət tələb edirdi. 

Xüsusilə də həmin dövrlərdə avtoxuliqanlıq hallarının, yol-nəqliyyat hadisələrinin sayı çox az idi. Çünki sürət həddini artıranları, yol hərəkəti qaydalarına əməl etməyənləri, yol hərəkəti nişanlarına məhəl qoymayanları anadan doğulmalarına peşiman edir, anadan əmdikləri südü onların burunlarından gətirirdilər…

Azərbaycan müstəqliik qazandıqdan sonra humanistliyimiz, mərhəmətli olmağımız sayəsində qanunlarımızda dəyişikliklər edildi, ağır cəzalar yüngülləşdirildi, ölüm hökmü, güllələnmə ləğv olundu. Bəzi cəzalara görə cərimələr qəpik-quruşa endirildi, bir neçə illik həbs bir neçə sutkalıq inzibati həbslə əvəz edildi. Bunun nəticəsidir ki, avtoxuliqanlıq sanki başlı-başına buraxılmış bir xəstəliyə çevrilib. Avtoxuliqanlıq taun kimi transmissiv infeksion xəstəliyə dönərək əksər sürücülər, xususən də gənclər arasında yayılmaqdadır.  Bu səbəbdən də uzun illərdir avtoxuliqanlıq bəlasına düçar olanlar arasında alkoqoldan, yəni spirtli içkilərdən, eləcə də narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edən sürücülərə rast gəlinir.

Son zamanlarda isə cəmiyyətimizi və ictimaiyyətimizi narahat edən ən ciddi problemlərdən, ən ümdə və həlli vacib məsələlərdən biri də motosiklet, moped, skuter və velosiped sürücülərinin kütləvi avtoxuliqanlıqla məşğul olmalarıdır. Təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına real təhlükə yaradan sürücülər Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılsa da, sürücülərdən bəzilərinin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılsa da, onlar 15 gün müddətinə inzibati həbs olunsalar da, nə çifayda?  

İkitəkərli nəqliyyat vasitələrinin digər sürücüləri qanunlarımıza, sürücülük hüquqlarının məhdudlaşdırlmasına, 15 günlük həbsə əhəmiyyət vermədən, məhəl qoymadan qanlarına işləmiş, canlarına hopmuş zərərli vərdişlərindən, “sevimli peşələri”ndən - avtoxuliqanlıqdan vaz keçmək istəmirlər. 

Düzdür, Dol Yol polisi əməkdaşları motosiklet, moped, skuter və velosiped sürücüləri ilə nəzarət və maarifləndirmə tədbirlərini gündəlik və gücləndirmiş şəkildə davam etdirirlər. Yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan və təhlükəli manevr edən sürücülərlə yerində izahat və xəbərdarlıqlar aparılır. Hər bir qayda pozuntusunun digər yol hərəkəti iştirakçıları üçün yaratdığı risklər izah olunur. Amma başımızın üstünü almış qara buludlar dağılmaq bilmir ki, bilmir. İkitəkərli nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edənlər hələ də yetərincədir. Çünki başımızın üstündə sərt qapaz, dəmir yumruq olmasa, mərhum şairimiz Mirzə Ələkbər Sabir demişkən, özünü yorma, kişi, mən düzələn zad deyiləm.  

Nə qədər ki, valideynlər, ikitəkərli nəqliyyat vasitələrinin “dəlisi”nə çevrilmiş uşaqlar, yeniyetmələr və gənclər  qarşılıqlı hörmət və məsuliyyətin yol təhlükəsizliyinin təməli olduğunu dərk etmirlər, sözügedən sürücülər yol hərəkəti qaydalarına əməl etməklə həm özlərini, həm də başqalarını qorumağın mahiyyətinə varmırlar, İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlarla bağlı cəzalar ağırlaşdırılmayıb, cərimələr artırılmayıb avtoxuliqanlıq qlobal problemə çevrilməklə daim təhlükə və ölüm mənbəyi olaraq qalacaq. 

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 İyul 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri