Icma.az
close
up
RU
Özünü Allah sayan biclər... Təbriz VƏFALI YAZIR

Özünü Allah sayan biclər... Təbriz VƏFALI YAZIR

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Təbriz VƏFALI

***

Dinlərdən, dini kitablardan məlumatı olanlar yaxşı bilirlər ki, müasir dövrümüzdə dini baxışlara görə insanlar iki qrupa ayrılırlar. Birinci qrup monoteizmə, yəni, tək Tanrıya inananlar, ikinci qrupa atezimə, yəni, Allahı, dini və dini kitabları inkar edənlər aiddir. Lakin qədim dövrlərdə monoteizm və ateizm kimi dünyagörüşlərin ziddinə olan politeizm, yəni, bir neçə Tanrıya inanc mövcud idi və hazırda Hindistan, Tibet, buddizm və Afrika qəbilələrinin inanclarında politeizmə rast gəlinir… 

Azərbaycan müsəlman dövlətidir və üçrəngli şanlı bayrağımızdakı yaşıl rəng də respublikamızın İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Düzdür, ölkəmizdə tək Allaha sitayiş edilir. Ancaq bununla belə Azərbaycanı “çoxallahlı” dövlət kimi qəbul etmək olar. Çünki…

Birisi bir şeir yazır, sosial şəbəkələrdə paylaşır, mahnı bəstələdir, müğənniyə oxutdurur, klip çəkdirir.

Digərisi bir hekayə, esse-filan, bir başqası publisist məqalə yazır. Sonra onlar yazdıqlarını məşhurlaşdırmaq, geniş oxucu auditoriyası toplamaq üçün ilan kimi dəridən, qabıqdan çıxırlar və… 

Və sonra şeir, hekayə, esse və sair yazanlar ayaqlarını yerdən “üzüb” başlayırlar qanadsız-filansız göydə “uçmağa”. Statuslar yazırlar, KİV-lərə ya pullarıyla, ya da dost-tanışa xahiş-minnət etməklə təmənnasız açıqlamalar, müsahibələr verirlər, özlərini Nizami Gəncəvidən, Məhəmməd Füzulidən, İmadəddin Nəsimidən, Mirzə Ələkbər Sabirdən, Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən və digərlərindən üstün tuturlar. Belələri özlərini ədəbiyyatın, nəsrimizin, poeziyamızın, publisistikamızın “Allah”ı sayırlar…  

Korifey sənətkarları bəyənməyən bəzi müğənnilərimiz var ki, onlar özlərini “superstar”, “meqastar”, daha nə bilim nə star hesab edirlər. Canlı, yəni fonoqramasız oxuya bilməyənlər, canlı verilişlərdə danışarkən ağızlarından horra tökülən, səsyazma studiyalarında səsləri kompüter sistemləri vasitəsilə abıra salınan “sənət adamları” var ki, onlar da özlərini sənət dünyasının “Allah”ı olduqlarını sübuta yetirmək üçün hər şeylərini qurban verməyə hazırdırlar…

Mətbuatımızda da “çoxallahlılıq” ən ağrılı və qlobal problemlərimizdən biridir. 1-2 məqaləsi, xəbəri, müsahibəsi qəzetdə dərc olunan, saytda, xəbər portalında yayımlanan bəzi media əhlimiz az qalırlar Bakıdan Azərbaycanın ən ucqar yaşayış məntəqələri olan Qusar rayonunun Gican və Qax rayonunun Sarıbaş kəndlərinə qədər hamını xışlaya-xışlaya getsinlər. 

Hələ bəzi media mənsubları əvvəllər özlərini “media baronu”, “boz kardinal” kimi aparsalar da, sonradan olublar mətbuatın “Allah”ı. Onların qılınclarının dalı da kəsir, qabağı da...

Aman, aman dad bəzi həkimlərin, ələlxüsus bəzi özəl klinikaların baş həkimlərinin əlindən. İçdikləri “Hipokrat andı” başlarına dəyən, “Burda mənəm, Bağdadda kor xəlifə” deyən tibb işçiləri az qalıblar öz heğemonluqları ilə dünyaya meydan oxusunlar. Onlar özlərini elə aparırlar ki, əgər yaşasaydı orta əsrlər dövrünün ən böyük təbiblərindən biri olan İbn Sinanı dərəyə susuz aparıb susuz gətirəcəklərinə əmindilər. Bir-iki məqaləsi dərc olunan, iki-üç televiziya verilişinə çıxan bəzi həkimlərimiz İbn Sinanın “Təbabət elminin qanunu”nu beş qəpiklik eləmək üçün ağızları kütlənmiş, korşalmış bıçaqlarını əllərində hazır tutaraq kəsməyə toyuq başı axtarırlar. Bir sözlə, onlar da tibb elminin “Allah”larıdırlar… 

Nə qədər ki Azərbaycanda “çoxallahlılıq” hökm sürür, vay gələcək nəsillərin halına…

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 İyul 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri