“Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Özünüməşğulluq proqramı üzrə iştirakçıların 65%-i aqrar sahənin payına düşür”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Cəlilabadda keçirilən Aqrar Biznes Festivalında deyib.
O bildirib ki, aqrar sektorda məşğul əhalinin peşə bacarıqlarının inkişafı, işsiz və işaxtaran şəxslərin özünüməşğulluğun təşkili məşğulluq sahəsində həyata keçirilən tədbirlərin prioritet istiqamətlərindən birini təşkil edir.
“Son beş il ərzində işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili proqramı üzrə iştirakçıların 65 faizi məhz aqrar sahənin payına düşüb. Həmçinin onu da qeyd etmək lazımdır ki, artıq özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub, həssas kateqoriyadan olan şəxslər üçün kiçik təsərrüfatların və mikro bizneslərin yaradılmasına dəstək verilib”, - nazir diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 17 Mart 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















