Icma.az
close
up
RU
Agentlik rəsmisi: Bu ilin sonunadək daha 16 mindən çox vətəndaş özünüməşğulluq proqramına cəlb olunacaq

Agentlik rəsmisi: Bu ilin sonunadək daha 16 mindən çox vətəndaş özünüməşğulluq proqramına cəlb olunacaq

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən önəmli aktiv məşğulluq istiqamətlərindən biri özünüməşğulluq proqramıdır. Həmin proqram barədə məlumat verən agentliyin Məşğulluq tədbirləri departamentinin müdiri Pərviz Bənnalı AZƏRTAC-ın əməkdaşı ilə söhbətində deyib:

- Özünüməşğulluq hər kəsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarığı, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərrüfatlarını, kiçik bizneslərini yaratmasına dəstək göstərilir.

- Kimlər həmin proqrama qoşula bilərlər?

- Özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər (işsizlikdən sığorta ödənişi alan işsiz şəxslər istisna olunmaqla), eyni zamanda, mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilərlər. Proqrama qoşulmaq üçün ilk növbədə Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına və ya DOST mərkəzlərinə müraciət etməklə, işsiz və ya işaxtaran kimi qeydiyyata alınmaq tələb olunur. Mürciət edən şəxsin məşğulluq imkanları qiymətləndirilir və fərdi məşğulluq proqramı tərtib olunur. Bundan sonra uyğun vətəndaşların özünüməşğulluğunun təşkili üçün işlərə başlanır.

Qeyd edək ki, proqramın icrası zamanı şəhid ailələrinin üzvləri, ünvanlı dövlət sosial yardımı alan şəxslər, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 1 ildən artıq işsiz kimi qeydiyyatda olanlar, pensiya yaşına 2 ildən az qalanlar və cəzaçəkmə müəssisəsindən azad edilənlər üstün hüquqa malikdirlər.

- Özünüməşğulluq proqramı çərçivəsində daha çox hansı sahələr üzrə müarciətlər edilir?

- Özünüməşğulluq proqramı ilə bağlı ümumi statistikaya gəlincə, indiyədək həmin proqrama 98 minə yaxın şəxs cəlb edilib. Bu ilin sonunadək isə daha 16 mindən çox işsiz və işaxtaran vətəndaşın proqrama cəlb olunması nəzərdə tutulub.

Özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı, istehsal və xidmət sahələrini əhatə etməklə, ümumilikdə 32 zərf təklif edilir. Təklif olunan zərflər içərisində ən çox müraciət edilən isə kənd təsərrüfatı istiqaməti üzrə “Maldarlıq” və “Qoyunçuluq təsərrüfatı” zərfləridir. İstehsal və xidmət istiqamətlərində isə “Kiçik dərzi sexi”, “Un məmulatları istehsalı”, “Qadın gözəllik salonu” və “Avtoçilingər xidmətləri” zərflərinə müraciət edənlərin sayı daha çoxdur.

Özünüməşğulluq proqramının əhatə dairəsi genişdir və ölkənin hər bir bölgəsindən proqrama müraciətlər qeydə alınır. Müraciətlərin ən çox olduğu rayonlara gəldikdə isə təkcə bu ilin ötən dövrü üzrə ən yüksək müraciət Abşeron, Sabunçu, Xəzər, Bərdə və Şəmkir rayonları üzrə olub.

- İşğaldan azad edilmiş bölgələrdə proqramın gedişi necədir?

- “Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin sosial rifahının təmin olunması prioritet məsələlərdən biridir. Dövlət Məşğulluq Agentliyinin bu istiqamətdə əsas məqsədi “Məşğulluqdan məskunlaşmaya” yanaşması ilə qayıdan sakinlərin yaşayışının davamlılığını və rifahını dəstəkləməkdir. Həyata keçirilən funksional istiqamətlərdən biri kimi özünüməşğulluq proqramının icrası həm regionda dayanıqlı məşğulluğun təminatı, həm sahibkarlığın inkişafı, həm də fərdi məşğulluğun yerli iqtisadiyyatla vəhdəti baxımından müsbət təsirə malikdir. Artıq öz doğma yurduna köçürülmüş sakinlərdən 415 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Həmin şəxslər istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə aktivlərlə təmin olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri