Icma.az
close
up
RU
Özünüzü niyə aldadırsınız, cənab Novruzov? KONKRET

Özünüzü niyə aldadırsınız, cənab Novruzov? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Həmişə hadisə və şəxs haqqında nəsə yazanda özümə 4-5-ci əsr Roma filosofu və yepiskopu Avqusitinin bir sualını verirəm: “Məndən soruşanda zaman nədir, mən çaşqınlıq içində susuram”.

Həşəmətli millət vəkilimiz Siyavuş Novruzov barəsində də düşünündə həmin hissləri keçirirəm. Çaşqınlıq bütün vücudumu bürüyür. Səbəbini izah edə bilərəm. “İşıq Ampernən ölçülür, su vedrə ilə ölçülür” deməklə bür müddət gündəmdə olan cənab Novruzov son vaxtlar yaman “qayğıkeş” obrazına girib. Sən demə, deputat xalqın bərk qayğısına qalır, Sahil Babayevlə der-der deyişir ki, “Özünüməşğulluq proqramı ilə kəndliyə iki inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür”.

Bu çıxışı görən, bilən oxucu da elə zənn edir ki, Siyavuş Novruzovun seçicilərinə olan qayğısı “fontan vurmağa başlayıb”. İlk baxışdan hər şey normal görünür. Siyavuş müəllim həzrətləri guya ürək yanğısı ilə deyir: “Müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlillik təyinatı almaq üçün müraciət edirlər. Ola bilər, hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. Beş dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz”.

Adama sual verərlər ki, ay millət vəkili, axı bu məsələnin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə bu şəkildə bildirmək sənə nə verəcək? Sənin məqsədin problemi qabartmaqdır, yoxsa konkret şəxs və ünvan haqqında qıcıq yaratmaq? Vaxtilə bütün yaxın qohumlarına vəzifə verəndə heç belə danışmırdınız, cənab Novruzov? İndi nə baş verib? “Qayğıkeş deputat” imici qazanmaq uğrunda sanki yarışa çıxan cənab Novruzov, “toy əhvalatı”nı nə tez unutdunuz?

Pandemiyanın ən ağır dövründə Ramiz Mehdiyevin ailə toyunda şəxsən iştirakınız vaxtı bir-birinə zidd olan həmin açıqlamalarınızı xatırlayırsınızmı? O vaxt sizin haqqınızda tənqidi yazılarından birində yazılmış belə bir cümlə keçdi könlümdən: “Ramiz Mehdiyevin güdazına gedən Siyavuş Novruzov bir ruha bənzəyirdi. Arxasında bir ideya gizlənməyən, hər cür məzmundan məhrum olan ruha…”.

Sizdə olan “tərəqqini” anlamağa cəhd edirəm, cənab Novruzov. Bunun üçün əlbəttə 3 suala cavab tapmaq lazım gəlir: Hara, nə qədər müddətə və sonra nə?

Birinci sualı belə verək? Cənab Novruzov, siz cəmiyyətdə çaşqınlıq yaradacaq bu çıxışınızla hara getmək istəyirsiniz?

Son çıxışlarınızın stenoqramına baxanda məni ikinci sual da düşündürür: Hələ nə qədər müddətə əsəblərin gərilməsində belə aktiv olacaqsınız?

Üçüncüsü, axı bundan nə qazanacaqsınız? Əgər düşünürsünüzsə, millət vəkili kimi həqiqəti danışırsınız, pardon, burada dayansanız yaxşıdır. Həqiqəti söyləmək ümumişlək sözlərdən istifadə etməklə faktlardan kənar, emosiyaları qıcıqlandıran çıxışlar etmək deyil. Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyini, nazir Sahil Babayevi təqdir etmirəm. Çünki mən də bu nazirliyin fəaliyyətini vaxtında sərt tənqid etmişəm. Amma ortada əlahəzrət fakt olanda daha təsirli olur.

Əgər hansısa məsələ ilə bağlı sizə seçicilər müraciət edirsə, buyurun, nazirə deputat sorğusu göndərə bilərdiniz. Bir millət vəkili kimi bu məsələ ilə bağlı daha mütəşəkkil fəaliyyət göstərə, mütəmadi olaraq nazirliklə əlaqəli şəkildə işləyə bilərdiniz. Deyəsən, “qayğıkeş deputat” obrazı uğrunda məzmunsuz, populist çıxışlarınızla dəyərinizi hansısa şəkildə gündəmə gətirirsiniz. Unutmayın ki, insanın dəyəri başqalarının onu qiymətləndirdiyi qədərindədir. Bir şərq məsəlində deyildiyi kimi məqsədiniz dərdə şərik olmaqdırsa, deməli, siz bir millət vəkili kimi ən ücüz mərhəmət nümayiş etdirirsiniz. Yaxşı olardı ki, fəaliyyətinizdə qazi və şəhid ailəri ilə bağlı tədbirlərdə daha çox görünər, onların problemləri ilə mütəşəkkil şəkildə məşğul olardınız. Qınamıram, bəzi deputatların şakəridir, hökumət üzvlərinin Milli Məclisdə görünməsi ilə hərənin ağzından bir avaz gəlir. Adama elə gəlir ki, deputatlar özünü ağıllı, canıyanan kimi gpstərmık uğrunda yarışa çıxıblar. Belə misalları çox çəkə bilərəm. Ancaq artıq bəziləri sabiq deputatlardır deyə, məncə onların adını çəkmək etik qaydalara uyğun olmaz. Siyavuş Novruzovun son fəaliyyətini də çox saf-çürük etmədən Vovenarqın balaca bir hekayəsi ilə fikrimi yekunlaşdırıram. Deməli, bir gün 18-ci əsrdə yaşamış filosof Vovenarq səyahət zamanı tanışı ilə birgə nahar edir. Tanışı gedəndən sonra nökəri deyir ki, o kimdirsə, çox ağıllı adamdır. Filosof deyir ki, hansı əlamətlərə görə, o, bu qərara gəlib? Ağıllı və düz danışdığına görəmi heyran olmusan?

“Xeyr cənab”, – deyə nökər cavab verib: “Özünü aldatmadığına görə”

Sinəsi dolu medallarla mikrofon qarşısında müsahibə verən Novruzov, özünüzü niyə aldadırsınız?

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri