Icma.az
close
up
RU
Özünüzü niyə aldadırsınız, cənab Novruzov? O da qapıdan girəndən üç gün sonra ölür

Özünüzü niyə aldadırsınız, cənab Novruzov? O da qapıdan girəndən üç gün sonra ölür

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Həmişə hadisə və şəxs haqqında nəsə yazanda özümə 4-5-ci əsr Roma filosofu və yepiskopu Avqusitinin bir sualını verirəm: “Məndən soruşanda zaman nədir, çaşqınlıq içində susuram”.
Həşəmətli millət vəkilimiz Siyavuş Novruzov barəsində də düşünündə həmin hissləri keçirirəm. Çaşqınlıq bütün vücudumu bürüyür. Səbəbini izah edə bilərəm. “İşıq Ampernən ölçülür, su vedrə ilə ölçülür” deməklə bir müddət gündəmdə olan cənab Novruzov son vaxtlar yaman “qayğıkeş” obrazına girib. Sən demə, deputat xalqın bərk qayğısına qalır, Sahil Babayevlə der-der deyişir ki, “Özünüməşğulluq proqramı ilə kəndliyə iki inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür”.
Bu çıxışı görən, bilən oxucu da elə zənn edir ki, Siyavuş Novruzovun seçicilərinə olan qayğısı “fontan vurmağa başlayıb”. İlk baxışdan hər şey normal görünür. Siyavuş müəllim həzrətləri guya ürək yanğısı ilə deyir: “Müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlillik təyinatı almaq üçün müraciət edirlər. Ola bilər, hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. Beş dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz”.
Adama sual verərlər ki, ay millət vəkili, axı bu məsələnin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə bu şəkildə bildirmək sənə nə verəcək? Sənin məqsədin problemi qabartmaqdır, yoxsa konkret şəxs və ünvan haqqında qıcıq yaratmaq? Vaxtilə bütün yaxın qohumlarına vəzifə verəndə heç belə danışmırdınız, cənab Novruzov? İndi nə baş verib? “Qayğıkeş deputat” imici qazanmaq uğrunda sanki yarışa çıxan cənab Novruzov, “toy əhvalatı”nı nə tez unutdunuz?
Pandemiyanın ən ağır dövründə Ramiz Mehdiyevin ailə toyunda şəxsən iştirakınız vaxtı bir-birinə zidd olan həmin açıqlamalarınızı xatırlayırsınızmı? O vaxt sizin haqqınızda tənqidi yazılarından birində yazılmış belə bir cümlə keçdi könlümdən: “Ramiz Mehdiyevin güdazına gedən Siyavuş Novruzov bir ruha bənzəyirdi. Arxasında bir ideya gizlənməyən, hər cür məzmundan məhrum olan ruha…”.
Sizdə olan “tərəqqini” anlamağa cəhd edirəm, cənab Novruzov. Bunun üçün, əlbəttə, 3 suala cavab tapmaq lazım gəlir: Hara, nə qədər müddətə və sonra nə?
Birinci sualı belə verək: Cənab Novruzov, siz cəmiyyətdə çaşqınlıq yaradacaq bu çıxışınızla hara getmək istəyirsiniz?
Son çıxışlarınızın stenoqramına baxanda məni ikinci sual da düşündürür: Hələ nə qədər müddətə əsəblərin gərilməsində belə aktiv olacaqsınız?
Üçüncüsü, axı bundan nə qazanacaqsınız? Əgər düşünürsünüzsə, millət vəkili kimi həqiqəti danışırsınız, pardon, burada dayansanız yaxşıdır. Həqiqəti söyləmək ümumişlək sözlərdən istifadə etməklə faktlardan kənar, emosiyaları qıcıqlandıran çıxışlar etmək deyil. Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyini, nazir Sahil Babayevi təqdir etmirəm. Çünki mən də bu nazirliyin fəaliyyətini vaxtında sərt tənqid etmişəm. Amma ortada əlahəzrət fakt olanda daha təsirli olur.
Əgər hansısa məsələ ilə bağlı sizə seçicilər müraciət edirsə, buyurun, nazirə deputat sorğusu göndərə bilərdiniz. Bir millət vəkili kimi bu məsələ ilə bağlı daha mütəşəkkil fəaliyyət göstərə, mütəmadi olaraq nazirliklə əlaqəli şəkildə işləyə bilərdiniz. Deyəsən, “qayğıkeş deputat” obrazı uğrunda məzmunsuz, populist çıxışlarınızla dəyərinizi hansısa şəkildə gündəmə gətirirsiniz. Unutmayın ki, insanın dəyəri başqalarının onu qiymətləndirdiyi qədərindədir. Bir şərq məsəlində deyildiyi kimi məqsədiniz dərdə şərik olmaqdırsa, deməli, siz bir millət vəkili kimi ən ucuz mərhəmət nümayiş etdirirsiniz. Yaxşı olardı ki, fəaliyyətinizdə qazi və şəhid ailəri ilə bağlı tədbirlərdə daha çox görünər, onların problemləri ilə mütəşəkkil şəkildə məşğul olardınız. Qınamıram, bəzi deputatların şakəridir, hökumət üzvlərinin Milli Məclisdə görünməsi ilə hərənin ağzından bir avaz gəlir. Adama elə gəlir ki, deputatlar özünü ağıllı, canıyanan kimi göstərmək uğrunda yarışa çıxıblar. Belə misalları çox çəkə bilərəm. Ancaq artıq bəziləri sabiq deputatlardır deyə, məncə onların adını çəkmək etik qaydalara uyğun olmaz. Siyavuş Novruzovun son fəaliyyətini də çox saf-çürük etmədən Vovenarqın balaca bir hekayəsi ilə fikrimi yekunlaşdırıram. Deməli, bir gün 18-ci əsrdə yaşamış filosof Vovenarq səyahət zamanı tanışı ilə birgə nahar edir. Tanışı gedəndən sonra nökəri deyir ki, o kimdirsə, çox ağıllı adamdır. Filosof deyir ki, hansı əlamətlərə görə, o, bu qərara gəlib? Ağıllı və düz danışdığına görəmi heyran olmusan?
“Xeyr cənab”, – deyə nökər cavab verib: “Özünü aldatmadığına görə”
Sinəsi dolu medallarla mikrofon qarşısında müsahibə verən Novruzov, özünüzü niyə aldadırsınız? (Konkret.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Noyabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri