Icma.az
close
up
RU
Özünüzü verilişdə əl meymununa çevirməyin Tolikdən müğənnilərə

Özünüzü verilişdə əl meymununa çevirməyin Tolikdən müğənnilərə

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu gün bəzi izləyicilər, xüsusən instaqram və TikTok istifadəçiləri düşünürlər ki, müəyyən verilişlər çox yüksək reytinqdədir, daim gündəmdədir. Amma əslində belə deyil. O verilişlərin işçiləri proqram yayımlanarkən materialları kəsib jurnalistlərə və sosial media səhifələrinə göndərirlər. Onlar da bunu "xəbər" kimi təqdim edirlər. Bu cür piar üsulları insanlarda yalnış təsəvvür yaradır ki, həmin müğənnilər çox məşhurdur. Halbuki, bu, sadəcə meymunluqdur. Həftədə iki dəfə eyni verilişə çıxan bu insanlar bir gün dava edib barışır, ertəsi gün biri o birinə hədiyyə verir və belə davam edir".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) videoaçıqlamasında deyib. O, son günlər verilişlərdə baş verən süni qalmaqallara münasibət bildirib:

"Öz verilişimin piarını aparsam belə, bunu belə ucuz yolla etmərəm. Efirdə baş verənləri hər yerə göndərib hamıya paylaşdırmaq mənim xarakterimə uyğun deyil. Öz piarlarını etmək üçün müğənniləri pulla efirə çağırıb qeyri-ciddi xəbərlər yaymaq – məsələn, "atası öldü", "atası qısqandı", ya da "filan problem yaşadı" kimi xəbərlər insanları bezdirir. Bu, cəmiyyətdə yalnız mənasız gündəm yaradır.

Əsl sənətkar və hörmətli müğənni ayda bir, maksimum iki dəfə efirə çıxar. Amma ayda beş-on dəfə efirdə olmaq nə deməkdir? Bu, sənətinə və şəxsiyyətinə hörmət etməməkdir. Özünüzü efirdə bu cür “əl meymunu”na çevirməyin.

Həmçinin, efirdə küsüb getmək, sonra beş dəqiqədən sonra qayıtmaq… Bu davranış nə qədər ciddi görünə bilər? İnsanlar sizi izləyərkən sizdən uzaqlaşır, nifrət hissi keçirir. Hörmətli olun! Məclislərdə pul aldığınız üçün itin sözünü içinizə soxduğunuz kimi, televiziyaya da hörmət etməlisiniz. Davranışınız sizə olan münasibəti təyin edir".

Tolik verilişlərdə saxta şoular qurulduğunu bildirib:

"Əzizləriniz, özünüz xəstəxanada olur, arvadınızdan boşanırsa, bunu aparıcı bilmir. Hamıyla əvvəlcədən danışırlar ki, gəl otur, ərin, saxlayanın zəng etsin. Filankəsin arvadının boşandığını efirdə dedi, verilişdən getdi... Özünüzə hörmət edin. Aparıcılar, özünüzə hörmət edin, özünüz də hörmətsiz sayılırsınız. Reytinqlə insanlara nifrət qazandırırsız. Sonra da sosial şəbəkədə sizə yazılan şərhləri sildirisiniz. Çünki insanlar sizdən iyrənirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://axsam.az
archiveBu xəbər 22 Noyabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see233

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see230

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see224

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see191

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see163

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see161

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri