Icma.az
close
up
RU
Paçu yeni müqaviləsi barədə: “Məqsədə çatmağa fokuslanmışam”

Paçu yeni müqaviləsi barədə: “Məqsədə çatmağa fokuslanmışam”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Kəpəz”in braziliyalı hücumçusu Luis Paçunun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 31-ci turunda Şamaxı səfərindən məğlub (1:2) qayıtdınız. Bu görüşdə uğurlu nəticəyə imza atmağınız üçün nə çatışmadı?

– Əslində, yaxşı oyun göstərdik və qələbəyə layiq idik. Amma bu, futboldur, hər şey kiçik detallardan asılıdır. Meydançanı uğurlu nəticə ilə tərk etmək istəyirdik, lakin alınmadı.

– Bu görüşdə adınızı tabloya yazdıra bilsəniz də, vurduğunuz qol “Kəpəz”in uğurlu nəticəsi üçün yetərli olmadı. Bu kimi hallarda fərqləndiyinizə görə çox sevinə bilmirsiniz, yoxsa sizin üçün məğlub olduğunuz matçlarda belə qol vurmaq daha böyük önəm kəsb edir?

– Hücumçu üçün qol vurmaq həmişə yaxşıdır. Amma mənim oyunlarıma baxanda da görünür ki, komanda üçün oynayan futbolçuyam. Yəni komandamın sərfəli nəticəsi mənim üçün hər şeydən öndə gəlir.

– Oyundan əvvəl və ya sonra sabiq baş məşqçiniz, vaxtilə “Turan Tovuz”da bir yerdə işlədiyiniz Ayxan Abbasovla dialoqunuz oldumu?

– Bəli, matçdan əvvəl onunla qısa dialoqumuz oldu. Salamlaşdıq və bir-birimizin əhvalını soruşduq. Başqa söhbətimiz olmadı.

– Növbəti turda “Zirə”ni qəbul edəcəksiniz. Rəqib hazırda yaxşı formadadır. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Hər oyuna olduğu kimi, bu matça da qələbə qazanmaq məqsədilə çıxacağıq. Bütün görüşlərdə 3 xal üçün mübarizə aparırıq. Bizi nə qədər çətin oyun gözlədiyini bilirik, çünki “Zirə” güclü komandadır. Amma biz də yaxşı oynayırıq, inamlı təsir bağışlayırıq. Bu görüşə tam hazır olmaq üçün məşqlərdə əlimizdən gələni edirik.

– Cari mövsümün sonuna 5 tur qalıb və “Kəpəz” sonuncu pillədə yer alan “Səbail”i 8 xal qabaqlayır. Bu, Gəncə klubunun növbəti mövsümdə də Premyer Liqada iştirak edəcəyini deməyə əsas verir, yoxsa son 5 tur da sizin üçün gərgin keçəcək?

– Mövsümün əvvəlindən qarşımıza qoyulan məqsədə çatmaq istəyirik. Yanaşmamız dəyişməyib: öz üzərimizdə işləməyə davam etmək və mümkün qədər çox xal toplamaq. İnanıram ki, “Kəpəz” növbəti mövsümdə də Premyer Liqada olacaq.

– Növbəti mövsümlə bağlı planlarınız necədir? Yeni mövsümdə də sizi “Kəpəz”in heyətində görəcəyik, yoxsa başqa təklifləri dəyərləndirməyi düşünürsünüz?

– “Kəpəz”lə müqaviləmin müddəti cari mövsümün sonunda bitir. Amma hazırda bu barədə düşünmürəm. Məşqçilər korpusu və komanda yoldaşlarımla birlikdə qarşıya qoyulan məqsədə çatmağa fokuslanmışam.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri