Icma.az
close
up
RU
Paket çaylar qəfil ürək dayanmasına səbəb ola bilər Mütəxəssisdən XƏBƏRDARLIQ

Paket çaylar qəfil ürək dayanmasına səbəb ola bilər Mütəxəssisdən XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bəzən insanların çay dəmləmək əvəzinə hazır paket çaylardan istifadə etdiyini görürük.

Bu çaylara üstünlük verilməsinin hansı mənfi cəhətləri var?

Redaktor.az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, hal-hazırda müasir dövrümüzdə tez-tez istifadə olunan, hətta bəzilərinin gündəlik istifadə etdiyi paket çayların insan orqanizmi üçün bir çox zərərləri var:

"Birinci zərərləri onun plastik kütlə ilə çox olan paketin əmələ gəlməsi üçün istifadə olunan xammaldır ki, isti su ilə reaksiyaya girdikdə nano hissəciklər şəklində suya yayılır. Bu vasitə ilə orqanizmə daxil olur və xüsusilə də həmin hissəciklər orqanizmdən xaric olmur. Demək olar ki, hər gün bundan istifadə edən insanlarda zamanla ürək-damar tıxanıqlığına, qəfil ürək dayanmalarına qədər gətirib çıxara bilər ki, bu, təhlükənin bir hissəsidir. Bir digər məqam isə paket çaylarda istifadə olunan kimyəvi maddələrdir ki, bu, insan orqanizmində bir çox xərçəng və digər təhlükəli xəstəliklərin yaranmasına səbəb olur.

Bəzən fərqli kimyəvi aromatizatorlardan istifadə olunur, eyni zamanda sintetik mənşəli boyalardan istifadə edilir ki, çay dəmləmədən belə rəngini tez bir zamanda versin. Bu kimyəvi maddələr insanlarda mədə-bağırsaq problemlərinə gətirib çıxarır ki, bu da birinci növbədə immun sisteminin pozulmasına səbəb olur. Xüsusilə yeniyetməlik çağlarında bu kimi çaylardan istifadə edən insanlarda hormonal pozuntularla rastlaşılır ki, gələcəkdə sonsuzluq və ya anormal övladların dünyaya gəlməsi halları baş verə bilər".

Müsahibimiz vurğuladı ki, müəyyən bitki çayları, arıqlama çayları və adi qara çay şəklində olsa belə, bütün paketlənmə prosesində sənaye üsullarından istifadə edilir.

"Lakin müasir dövrdə artıq bu zərərlərin təsirləri məlum olduqdan sonra bir çox çay markaları paketi daha sağlam, plastikdən olmayan, bəzən parçadan, bəzən pambıq iplərdən hazırlanmış şəkildə təqdim edir. Lakin təhlükə hələ də həmin çayın və bitkinin tərkibinə əlavə olunan kimyəvi maddələrdə qala bilir.

Quru bitki qalıntısını saxlamaq, uzun müddət xarab olmaması, kiflənməməsi, bakteriyaların yaranmaması və qoxusunun pozulmaması üçün bu maddələr əlavə edilir. Bu da birbaşa sağlamlığa zərər verir və sağlamlıq problemlərinin zamanla ortaya çıxmasına səbəb olur.

Çayın 10-15 dəqiqədən artıq dəmlənməsini gözləmək olmaz, çünki yarım saatdan artıq dəmləndikdə orqanizm üçün zərərli toksin maddələr yaranır ki, bu da həzm pozulmalarına səbəb olur. Ən təbii üsulla çayı təzə dəmləyib, quru çay şəklində dəmləyib içmək tövsiyə olunur", - deyə Məhsəti Hüseynova bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:524
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri