Icma.az
close
up
RU
Paket maaş dövrü bitir AÇIQLAMA

Paket maaş dövrü bitir AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət qulluğunda əməkhaqqı sistemində dəyişikliklər gündəmdədir. Yeniliyə əsasən, dövlət qulluqçularına verilən mükafatlar, müxtəlif əlavələr və müalicə müavinəti ləğv edilərək vəzifə maaşının baza hissəsinə daxil edilir. Bu addım mürəkkəb və qeyri-şəffaf əməkhaqqı mexanizmini sadələşdirməyə xidmət edir. Yeni modelə görə, əvvəl əməkhaqqının 35–45%-ni təşkil edən baza hissə artıq 95%-dən çox olacaq. Kollektiv və fərdi mükafatların ləğvi ilə daha şəffaf və nəticəyönümlü vahid əməkhaqqı sistemi formalaşdırılır. Beynəlxalq təcrübədə tətbiq olunan bu yanaşmanın dövlət qulluğunda motivasiyanı artıracağı, korrupsiya risklərini azaldacağı gözlənilir. Eyni zamanda, əvvəl əlavələrin azlığı səbəbindən aşağı maaş alan yeni dövlət qulluqçuları üçün bu dəyişiklik dövlət sektorunu daha cəlbedici edə və gənc kadrların cəlbinə müsbət təsir göstərə bilər.
İqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlamasında bildirib ki, dövlət qurumlarında əmək haqqı sisteminin qurulması, onun ödənilməsi mexanizmi və bu sahədə iştirak edən şəxslərlə bağlı bir sıra yeniliklərə ciddi ehtiyac var:
“Bu dəyişikliklər mərhələli şəkildə həyata keçirilməli, ardıcıl olaraq tətbiq olunmalı və real nəticələrini praktikada göstərməlidir. İlkin olaraq dövlət qurumlarında əmək haqqı sistemində aparılan dəyişikliklər kifayət qədər müsbət əhəmiyyət daşıyır. Çünki indiyə qədər əmək haqqına əlavə olaraq müxtəlif mükafatlar, əlavələr, müavinətlər və digər ödəniş növləri mövcud idi. Bu isə əmək haqqı sistemində müəyyən qarışıqlıq yaradır, həmçinin şəffaflıq baxımından bəzi suallar doğururdu. Bu tip ödənişlərin ləğv edilərək əmək haqqının baza hissəsinə daxil edilməsi nəticə etibarilə daha aydın, sadə və şəffaf bir sistemin formalaşmasına gətirib çıxarır. Bu yanaşma əmək haqqının hesablanması və ödənilməsi mexanizmini daha anlaşılan edir, prosedurları sadələşdirir və ümumi şəffaflıq səviyyəsini artırır”.
O diqqətə çatdırıb ki, dövlət sektorunda həyata keçirilən bu dəyişikliklər sözügedən sahədə həm şəffaflığın, həm də effektivliyin artmasına ciddi töhfə verəcək:
“Bu isə öz növbəsində həm işəgötürənlərdə, həm də işçilərdə müəyyən maraq və motivasiya yaradacaq, əmək münasibətlərində daha sağlam mühitin formalaşmasına səbəb olacaq. Yəni bu dəyişikliklər stimullaşdırıcı mexanizmlərin formalaşmasına zəmin yaradır. Gələcəkdə bu yanaşmanın daha da genişləndirilməsi, digər istiqamətlərdə də tətbiq olunması və ümumilikdə əməkhaqqı sistemində vahid, standart qaydaların və prinsiplərin formalaşdırılması istiqamətində addımların atılması məqsədəuyğun olardı. Özəl sektorda bu yanaşma artıq uzun müddətdir tətbiq olunur və müəyyən nəticələrini də göstərib. Belə ki, özəl sektorda işəgötürənlə işçi arasında əməkhaqqı əvvəlcədən konkret və sabit məbləğdə razılaşdırılır. Sonradan isə bayram günləri və ya digər hallar ilə bağlı əməkhaqqına əlavə, qeyri-müəyyən və ya qeyri-şəffaf ödənişlər həyata keçirilmir. Bu sistem daha aydın və daha effektiv işləyir və bu günə qədər özünü doğrultmuş yanaşma kimi qiymətləndirilə bilər. Ümumilikdə gözlənti ondan ibarətdir ki, dövlət sektorunda aparılan bu dəyişikliklər də zaman keçdikcə öz müsbət təsirlərini daha açıq şəkildə göstərəcək və əməkhaqqı sistemində daha şəffaf, daha sadə və daha effektiv bir modelin formalaşmasına səbəb olacaq”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Mart 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri