Icma.az
close
up
RU
Repetitor yanına getmək dövrü bitir? AÇIQLAMA

Repetitor yanına getmək dövrü bitir? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

“Son buraxılış imtahanlarında kifayət qədər abituriyentlərimiz maksimum bal, yəni 300 bal toplaya bildi. Bu, onların necə əzmkar, necə çalışqan olduğunun göstəricisidir. Ancaq mən düşünürəm ki, bu abituriyentlər ya kurslarda, ya da repetitor yanında mütləq şəkildə hazırlığa gediblər”.

Bunu təhsil eksperti Adil Vəliyev Metbuat.az-a açıqlamasında şagirdlərin nəticələrindən danışarkən bildirib.

Onun fikrincə, bəzi abituriyentlər öz nəticələrini daha da qabarıq şəkildə göstərmək üçün nə repetitor yanına, nə də hazırlıq kurslarına getmədiklərini deyirlər:

“Ancaq mən təcrübəmə əsasən deyə bilərəm ki, hazırlığa getməyən abituriyentlərin maksimum bal toplaması demək olar ki, sıfır səviyyəsindədir. İstənilən halda kitablarda olan mövzuları oxuyanda, tapşırıqları, testləri həll edəndə şagirdlərin göstəricisi maksimum bal ola bilməz. Çünki orada müəyyən tapşırıqlar və mövzulara mütləq şəkildə ətraflı izah lazımdır. Sözsüz ki, bu izahlar da müəllimlər tərəfindən məktəbdə verilən qısa vaxt ərzində şagirdlərə çatdırılmaya bilər. Sinifdə olan şagird sıxlığını da nəzərə alsaq, deyərdik ki, bu hələ ki, mümkün deyil”.

Təhsil eksperti Elçin Süleymanov da öz aşıqlamasında 300 bal toplayan abituriyentlərin coğrafiyasının çox geniş olduğunu vurğulayıb:

“Ucqar dağ kəndlərindən, region məktəblərindən kifayət qədər şagird bu nəticəyə nail olub. Bu, həmin məktəblərdə təhsilin keyfiyyətinin yüksək olduğunu göstərir və bu nəticələrin əksəriyyətinin repetitor yanına getmədən əldə edilməsi xüsusi qeyd olunmalı haldır. Bu, məktəb təhsilinin və məktəbə davamiyyətin nə qədər önəmli olduğunu bir daha təsdiqləyir. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin imtahan sistemində etdiyi müəyyən dəyişikliklər, xüsusilə açıq suallarının sayının artırılması və hər fəndə analitik düşüncə tələb edən sualların çoxalması məktəbin sistemdəki rolunu artırmağa başlayıb. Bu, müsbət tendensiyadır”.

Ekspert qeyd edib ki, hər il dövlət sifarişi ilə ayrılan yerlərin sayı artır:

“Artıq müəyyən bal toplayan, yəni orta nəticə göstərən abituriyent belə dövlət sifarişi əsasında təhsil almaq imkanı əldə edir. Əvvəllər repetitor yanına getməyin əsas səbəblərindən biri ciddi rəqabət mühitində bir balın belə böyük üstünlük yaratması və ailəyə maliyyə yükünü azaltması idi. Düşünürəm ki, repetitorluq tamamilə aradan qalxmasa da, onun kütləviliyi bu şəkildə azala bilər. Gələcəkdə məktəb təhsilinə verilən qiymət universitetə qəbul prosesində nəzərə alınarsa, buraxılış imtahanlarının nəticələri buna əsaslanaraq formalaşacaq. Bu baxımdan, son illərdəki nəticələr əvvəlki illərlə müqayisədə daha da ürəkaçandır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 Aprel 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri