Icma.az
close
up
RU
Pakistan 2030cu ilə kimi karbon emissiyasını 30 faizə qədər azaltmağı planlaşdırır

Pakistan 2030cu ilə kimi karbon emissiyasını 30 faizə qədər azaltmağı planlaşdırır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bakıda keçirilən COP29 çərçivəsində “Lahor Sənayesinin Karbonsuzlaşdırılması” mövzusunda sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyada Pakistanın Pəncab vilayətinin Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişmələri Departamentinin rəhbəri İmran Həmid təqdimatla çıxış edib. Nəzərə çatdırıb ki, Pəncab vilayəti Pakistanın sənaye cəhətdən inkişaf etmiş vilayətidir və burada karbon qazının atmosferə tullanması daha çox müşahidə edilir. Sənaye müəssisələrinin həddən artıq karbon ixrac etməsi bir sıra problemlər yaradır. Bu problemlərdən biri iqlim dəyişmələridir. Pakistanda son illər aramsız yağan yağışlar selə səbəb olur və bu da öz növbəsində kənd təsərrüfatının inkişafına imkan vermir. Həmçinin əhalinin miqrasiyasına gətirib çıxarır. Bu kimi problemlərin həlli üçün karbonsuzlaşma ilə bağlı tədbirlər həyata keçirilir.

Təqdimatda qeyd olunub ki, Pakistanın təbiəti yaşıl enerji istehsalını daha da artırmağa imkan verir. Pakistan hökuməti yaşıl enerji istehsalına sərmayə yatırmaq üçün bir sıra xarici şirkətləri ölkəyə dəvət edib. Artıq Pəncab vilayətində külək və Günəş enerjisi əldə etmək üçün stansiyalar inşa olunur. Vilayətdə avtomobil parkına da ciddi nəzarət edilir. Avtomobillərin çoxluğu havanın çirklənməsinə səbəb olan amillərdən biridir. Buna görə də vilayətdə elektromobillərin gətirilməsi üçün əlverişli şərait yaradılır.

Vurğulanıb ki, dövlət tərəfindən həyata keçirilən tədbirlərlə 2030-cu ilə kimi Pakistan karbon emissiyasını 30 faizə qədər azaltmağı planlaşdırır.

Təqdimatdan sonra müzakirələr keçirilib. Pakistanın iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə məlumat verilib, videoçarx nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri