Pakistan aviaşirkəti Avropaya uçuşları bərpa edib
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Pakistanın dövlət aviadaşıyıcısı PIA Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) dörd illik qadağasının ləğvindən sonra Avropaya uçuşları bərpa edib.
“Report” DW-yə istinadən xəbər verir ki, aviaşirkətin Böyük Britaniya və ABŞ-yə uçuşları hələ də qadağandır.
Pakistan müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, PIA tezliklə digər Avropa ölkələrinə də uçuşlarını genişləndirəcək.
Məlumata görə, PIA təyyarələri Parisə həftədə iki dəfə uçacaq. İlk uçuş üçün biletlər tamamilə satılıb, onları 300-dən çox insan alıb.
Avropa İttifaqı (Aİ) 2020-ci ildə PIA-nın uçuşlarını Pakistanın cənub şəhəri Karaçidə “Airbus A-320” təyyarəsinin qəzaya uğraması və 97 nəfərin həlak olmasından sonra qadağan etmişdi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 10 Yanvar 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















